Valideynlər hər şeyi üzə çıxartdı - Son günlər gündəmdə olan məktəbdən VİDEOREPORTAJ

Valideynlər hər şeyi üzə çıxartdı - Son günlər gündəmdə olan məktəbdən VİDEOREPORTAJSon günlər qalmaqallarla gündəmdə olan məktəblərdən biri də 220 saylı məktəb-liseydir. Məktəbin direktor müavini Zeynəb Rzayeva ilə yeni direktor əvəzi Tural Mirzəyev arasındakı qalmaqala artıq ailələr də qarışıb.

Belə ki, bir neçə gün əvvəl aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın vəzifəsinin aşağı salınmasına, məktəbin direktor əvəzi Tural Mirzəyevin məktəbdəki müəllimlərə davranışına etiraz edərək məktəbə gedib. Bu zaman onunla T.Mirzəyev arasında direktor otağında mübahisə yaşanıb. Mübahisənin videogörüntüləri yayılıb və həmin görüntülər artıq bir neçə gündür ki, medianın, habelə ictimaiyyətin müzakirə mövzusuna çevrilib. R.Rzayev bacısının direktor T.Mirzəyevin tapşırığı ilə məktəbdə pul topladığını iddia edir. O, direktor əvəzi T.Mirzəyevi açıq şəkildə təhqir edir. Yayılan bu görüntülərə və qalmaqala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin açıqlaması da gecikmədi. Yayılan məlumatda tərəflər arasında məsələnin əsas səbəbi belə izah edildi:

"220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.

Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd edən siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub".

Hər iki tərəfin mediaya yetərincə açıqlama verdiyini nəzərə alaraq üçüncü tərəfin – valideyn və şagirdlərin dilindən real vəziyyəti öyrənməyə çalışdıq. Bunun üçün isə təhsil ocağının qarşısında, amma məktəb hasarlarından içəri keçmədən onların fikrini öyrəndik. Düzdür, bəzi qadın valideynlər həyat yoldaşlarının razılığını almadıqlarından kameraya danışmaqdan imtina etdi, lakin bir cümlə ilə Tural Rzayevdən razı olduqlarını dedilər. Bəziləri isə ümumiyyətlə, danışmaq istəmədi. Lakin istər kamera qarşısında, istərsə də kamera olmadan danışanlar hamısı T.Rzayevdən narazılıqlarının olmadığını dedilər.

Məktəbin 10-cu sinif şagirdi Fidan Qəhrəmanlı da çəkiliş olmasa da, sadəcə səsinin yazılması şərti ilə danışdı. Tural Mirzəyevin məktəbə direktor əvəzi təyin ediləndən sonra müsbət dəyişikliyin hiss olunduğunu dedi:

"Artıq məktəbdə ciddi nizam-intizam var. Yaşanan bu hadisələrdə Tural müəllimdə heç bir günah görmürəm. Bu da məni və digər şagirdləri narahat edir. Tural müəllim məktəbə gələndən heç bir neqativ hal yaşanmayıb, hətta əksinə əvvəl olan problemlər aradan qaldırılıb. Təktərəfli də deyiləm, heç kimin də tərəfini tutmuram. Ancaq bu söz-söhbətlərdən məktəbin adı ciddi şəkildə korlandı".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5631   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel