Azərbaycanlı deputatın erməni mediasına sensasiyalı Qarabağ müsahibəsinin 5 sirri - Bakının yeni hədəfi

Azərbaycanlı deputatın erməni mediasına sensasiyalı Qarabağ müsahibəsinin 5 sirri - Bakının yeni hədəfiMilli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın "arminfo" agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində "yol xəritəsi"ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.

Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək istəmədiyini qeyd edib.

"Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı kompromislər tamamilə realdır. Tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər. Yəni tərəflər dərhal hər şeyi əldə etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn, "çərçivə razılaşması"nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq. Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar", - deyə Musabəyov bildirib.

Mümkündür ki, Musabəyovun bu müsahibəsi Bakının Dağlıq Qarabağ planının bir parçasıdır. Yəni, Azərbaycan tərəfi seçkidən dərhal sonra münaqişənin həlli istiqamətində real addımlar atılmasını istəyir və bunun üçün yeni "yol xəritəsi" də hazırlanıb. Əslində seçkinin vaxtının 11 aprelə - Ermənistanda keçiriləcək seçkilər ərəfəsinə salınmasının arxasında da bu plan dayanır.

Birinci: İşğalçı Ermənistan rejimini konstruktiv mövqeyə dəvət edir və Ermənistan mediasının üzərindən təkliflərini erməni ictimaiyyətinə təqdim edir. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin erməni ictimaiyyətini "Azərbaycan sülh istəmir" iddiaları ilə aldatmasının qarşısını ala, həmçinin, Ermənistanda müharibə istəməyən böyük kəsimin hakimiyyət üzərində "münaqişənin həllinə razılaş" təzyiqini artıra bilər.

İkinci: Musabəyov müsahibəsində münaqişənin həlli nəticəsində Ermənistanın əldə edəcəyi iqtisadi dividendləri açıqlayır. Ermənistan işğala son qoyarsa, bölgədəki layihələrə qoşula, kommunikasiya yolları açıla bilər. Bu, faktiki olaraq, Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyətdən xilas yoludur. Bakının bu mesajı işğalçı rejimə yox, erməni ictimaiyyətinə hesablanıb. Çünki Ermənistanda müharibədən varlanan hakimiyyət ölkənin düşdüyü ağır vəziyyətin günahkarı kimi Azərbaycanı göstərir. Azərbaycanın "yol xəritəsi"nin erməni mediasında açıqlanması işğalçı rejimin ermənilər üzərində oynadığı oyunu da ortaya çıxarır. Mümkündür ki, bu, erməni ictimaiyyətində müharibədən qazanc əldə edən Sarkisyan hakimiyyətinə qarşı etiraz əhval-ruhiyyəsini qaldıracaq.

Üçüncü: Bakı bu "yol xəritəsi"ni Ermənistanda apreldə keçiriləcək seçkilərdən öncə gündəmə gətirməklə incə gediş edir. Çünki Azərbaycanın münaqişənin həllində maraqlı olması erməni ictimaiyyətinin "Qarabağ klanı"nın müharibə ritorikasına qarşı çıxması və seçkidə ümumi rəyə təsir etməsi ilə nəticələnə bilər.

Dördüncü: Bakı bununla həm də Dağlıq Qarabağda qondarma rejimin təzyiqi altında yaşayan erməni vətəndaşlarına da çıxış yolu göstərir.

Beşinci: Azərbaycan Ermənistana son olaraq şərt irəli sürür: razılaşmasalar, status-kvonu saxlamaq mümkün olmayacaq və müharibə başlayacaq. Və bunun Ermənistan mediasında açıqlanmanması erməni ictimaiyyətinə gələcək müharibənin əsl günahkarının İrəvan rejimi olduğunu göstərmək gedişidir.

Azərbaycan ərazilərinin azad olunması üçün son diplomatik həmləsini edir və böyük ehtimalla bundan sonra seçiləcək variant müharibə olacaq.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3069   Tarix: 13 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021