Erməni deputatdan inanılmaz sözlər: Ermənistandakı biabırçılıqlar üzə çıxdı

"Ermənistanda demoqrafiya və iqtisadiyyatla bağlı cari vəziyyətin birinci səbəbi Dağlıq Qarabağ münaqişəsidir".

Bu barədə Ermənistan parlamentinin deputatı, "Sarukyan" blokunun üzvü Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, Ermənistanın depopulyasiyası (əhalinin ölkəni tərk etməsi - red.) aşkar faktdır: "Bizim "Çiçəklənən Ermənistan" partiyası dəfələrlə ölkədə iqtisadi problemləri, işsizliyin artmasını və yoxsulluğu gündəmə gətirib. İndi iş qabiliyyəti olan gənc insanlar Ermənistanı tərk edir, çünki onlar burada iş tapa bilmirlər. Rəsmi statistikaya görə, 30 faiz insan yoxsuldur, hərçənd, bura işləyən, lakin aldığı maaşla yaşaya bilməyən təbəqə daxil edilmir. Bunu nəzərə alsaq, faiz dərəcəsi daha da böyüyəcək. Digər tərəfdən, maaşların azlığına, yüksək işsizliyə və alıcılıq qabiliyyətinin son dərəcədə aşağı olmasına baxmayaraq, qiymətlər durmadan artır və vətəndaşlar sadəcə olaraq heç nə ala bilmirlər. Benzinin qiymətinin artmasından sonra qiymətlər yenidən artdı. Hökumət səbəb kimi Rusiyanı göstərir, halbuki, orada benzinin qiyməti 10 faiz, Ermənistanda isə 40-50 faiz artıb. Bu qəbuledilməzdir. Beynəlxalq səviyyədə ərzağın qiyməti aşağı düşür, Ermənistanda isə artır. Bütün bunlar təbii olaraq miqrasiyaya təsir edir və insanlar öz ölkəsini tərk edir".

N.Zöhrabyan qeyd edib ki, hazırda Ermənistanı tərk etmək istəyənlərin Avropa İttifaqı ölkələrinin səfrliklərinə etdikləri müraciətlərin tempi insanı dəhşətə salır: "Ermənistanda iqtisadiyyat inhisara alınıb. Hökumətin dediyi 6 faiz iqtisadi artım sadəcə kağız üzərindədir. Faktiki olaraq, artım sıfıra bərabərdir".

Erməni deputat əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi də insanların Ermənistanı tərk etməsində başlıca səbəbdir.

"Münaqişənin davam etməsi miqrasiyaya böyük təsir göstərir. Bu, bizim üçün çox ağrılı məsələdir, xüsusilə cəbhəyə kimlərin getməsində bərabərsizliyin olması böyük problemdir. Əgər Ermənistanın adi vətəndaşı əmin olsaydı ki, onun oğlu ilə birlikdə deputatın, yaxud nazirin oğlu da ön cəbhədədir, bunu qəbul edərdi. Lakin bunun tam əksinədir. Buna görə də insanlar oğulları böyüyən kimi ölkədən göndərirlər", - deyə o bildirib.
Erməni deputatdan inanılmaz sözlər: Ermənistandakı biabırçılıqlar üzə çıxdıErməni deputatdan inanılmaz sözlər: Ermənistandakı biabırçılıqlar üzə çıxdıMənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1553   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021