Azərbaycanın xaricə ən çox bu məhsulları satır

Azərbaycanın xaricə ən çox bu məhsulları satır2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782 milyon dollar təşkil edib, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artıb, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,9 faizini İtaliyaya, 9,9 faizini Türkiyəyə, 4,6 faizini İsrailə, 4,3 faizini Rusiyaya, 4 faizini Çexiyaya, 3,9 faizini Kanadaya, hər biri 3,4 faiz olmaqla Gürcüstan və İndoneziyaya, 3,3 faizini Almaniyaya, hər biri 3,2 faiz olmaqla Portuqaliya və Çinə, 2,6 faizini Hindistana, 2,5 faizini Ukraynaya, 2,4 faizini Fransaya, qalan 17,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 14,5 faizi Türkiyə, 9,7 faizi Çin, 8,2 faizi ABŞ, 5,2 faizi Ukrayna, 5,1 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,0 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Norveç və Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2017-ci ilin yanvar-dekabr aylarında 1538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-dekabr aylarına nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çoxdur.

2017-ci ilin yanvar-dekabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,6 faiz, təzə tərəvəz – 84,5 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, meyvə və tərəvəz şirələri – 57,3 faiz, çay – 52,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,9 faiz, meyvə və tərəvəz konservləri – 3,2 faiz, qara metallardan borular – 2,2 faiz, pambıq lifi – 4,3 dəfə, bentonit gili – 2,9 dəfə artıb, şəkər ixracı isə 43,5 faiz, bitki yağları – 7,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 11,3 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 27,2 faiz, qara metallardan yarımfabrikatlar – 49,7 faiz, pambıq ipliyi – 24,9 faiz azalıb.

2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-dekabr aylarında xam şəkər və şəkər idxalı 1 faiz, təzə meyvə – 3,8 faiz, çay – 7,7 faiz, quş əti və onun əlavə məhsulları – 5,7 faiz, mal əti – 76,0 faiz, siqaret – 18,6 faiz, minik avtomobilləri – 2,3 dəfə, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 44,0 faiz, rezin şinlər – 35 faiz, qara metallardan çubuqlar – 10,7 faiz, mineral gübrələr – 8,2 faiz, polietilen – 4,5 faiz, paltaryuyan maşınlar – 63,4 faiz, qara metallardan künclüklər ­– 22,2 faiz, məişət kondisionerləri – 24,2 faiz, yük avtomobilləri – 2,1 dəfə, avtobuslar – 94,8 faiz artıb, buğda idxalı isə 20,3 faiz, bitki yağları – 5,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,9 faiz, kartof – 12,3 faiz, təzə tərəvəz – 38,8 faiz, qara metallardan borular – 41,8 faiz, mebel – 20,5 faiz, sement və sement klinkerləri – 91,9 faiz, məişət soyuducuları – 0,8 faiz azalıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1115   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart