"Zeytun budağı" əməliyyatının əsl səbəbi: Türkiyənin işğalı və... - Xəyanət planının detalları

ABŞ Aralıq dənizinə açılacaq "terror dəhlizi" planında "Fərat Qalxanı" hərəkatı sonrası dəyişiklik edib.

Bunu Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söyləyib.

Onun sözlərinə görə, "terror dəhlizi" Lazkiyədən deyil, İskəndərundan keçməli idi.

"ABŞ və PKK Lazkiyə üzərindən deyil, İskəndərun xəttindən Aralıq dənizinə çıxmalı idi. Amma 2016-cı ilin avqustunda Cerablus-Azez xəttinə hərbi müdaxilə, daha sonra Astana formatı çərçivəsində İdliblə bağlı razılaşmanın əldə olunması ilə "terror dəhlizi" planı yenidən nəzərdən keçirildi. ABŞ Türkiyənin oyun pozan hücumlarından sonra İskendərun mövzusunda təşkilat üçün yeni "yol xəritəsi" müəyyən etdi. Əvvəlcə Amanosa terrorçuların nəqli və terror aktlarının artırılması təlimatı verildi. 2018-ci ildə "xəndək hadisələri" bənzəri təxribatlarla bölgə əhalisinin İskəndərun və ətraf ərazilərə köçürülməsinə qərar verildi. Plan çərçivəsində ən az 30 min insanın köçürülməsi planlaşdırıldı. Türkiyənin cənubi-şərqində terror aktları səbəbiylə köçən mülki vətəndaşlar arasında PKK tərəfdarları və de-şifrə olunmayan terrorçular yerləşdirilməli idi. İskəndərunda Mersin və Adanada olduğu kimi məhəllələr yaratmaq xəyanət planının başqa bir mərhələsi idi", - o bildirib.

Yüksək vəzifəli hərbçi qeyd edib ki, Afrində yüzlərlə şəxs PKK üçün İskəndərundan dənizə çıxması xəyalları barədə danışıb. Onun sözlərinə görə, Türkiyə Afrinə müdaxilədə geciksəydi, daha böyük əvəz ödəmək məcburiyyətində qala bilərdi:

"Afrinin PKK-nın işğalında qaldığı hər dəqiqə bölgə, xüsusilə Türkiyə üçün böyük təhdid idi. Çünki yalnız sərhədin o biri tərəfində deyil. Türkiyənin daxilində də PKK-nı dənizlə qovuşdurmaq üçün bir çox çirkin layihə həyata keçirilir və bu istiqamətdə addımlar atılırdı. "Zeytun budağı" bir az da geciksəydi, daha çətin şərtlər yarana bilərdi. İndi ABŞ-PKK ittifaqının bütün tələləri pozuldu".

O, ABŞ-ın hazırladığı planın Bəşər Əsəd rejimi və İran tərəfindən dəstəklənən şiə qruplarının da dəstəklədiyini vurğulayıb:

"Lazkiyədə yerləşən "Liva İskenderun/Mukaveme Suriy" təşkilatının üzvləri Hatay mənşəlidir. Dəməşq Hatay və İsgəndərunu hələ də Suriya xəritəsi daxilində göstərməkdə davam edir. Dəməşq PKK-nı dəstəkləmək üçün Mihrac Uralı təlimatlandırıb. Digər tərəfdən, İran nəzarət etdiyi Nubl və Zəhra qəsəbələrindən Afrindəki PKK-nın xarici aləmlə əlaqəsini təmin edir. Təşkilat həm digər işğal bölgələri ilə ünsiyyət qurur, həm də bu xətt vasitəsilə silah və sursat əldə edir".

Mənbə: publika.az
"Zeytun budağı" əməliyyatının əsl səbəbi: Türkiyənin işğalı və... - Xəyanət planının detalları"Zeytun budağı" əməliyyatının əsl səbəbi: Türkiyənin işğalı və... - Xəyanət planının detalları


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2328   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel