Əsəbləşəndə çox yeyənlərin dərdi - BULİMİYA

Əsəbləşəndə çox yeyənlərin dərdi - BULİMİYABulimiyadan əziyyət çəkən insalar stress və depressiv hallara çox və əllərinə keçəni yeməklə reaksiya verirlər.
Çox yeməklərinə baxmayaraq kökəlməyə də bilərlər.
Çox zaman bu vəziyyəti hormonal pozğunluqlarla səhv salırlar.

Bulimiya nədir?
Sonxeber.az medicina.az-a istinadən bildirir ki, həyatın hər hansı mərhələsində istər böyük, istər kiçik neqativ hadisə, hiss, uğursuzluq, üsyan, tənhalıq, ayrılıq, itki xəstəliyi işə salır. Narahatlığı, təşvişi yüngülləşdirmək üçün insan qaydasız, sərhədsiz, vaxtsız-vədəsiz, demək olar ki, əlinə keçəni yeməyə başlayır. Hətta qidanı çeynəmədən sürətlə udur. Bu hal ilk əvvəl onu narahat etmir. Amma çəkisi artdıqca və yolda, küçədə belə gözü yemək axtaranda bu halından utanmağa başlayır, ətrafın qınağından, gülüş hədəfi olacağından qorxur. Piylənmə və çəki artımından qorunmaq üçün bulemiyalı insanlar mədə-bağırsağını yumağa, təmizlətməyə can atır, süni olaraq qusma effekti yaradır, sidikqovucular, qarınişlədicilər, çəki atan dərmanlar atmağa başlayır. Çox hallarda qonaqlıqda, restoranda, evdə yemək yeyir və bitəndən sonra çox yediyini düşünərək, tualetə qaşır, barmağını qida yoluna salıb özünü qusdurur. Belə adamlar qusmağa da meyilli olur.
Bulimiyalı insanları anoreksiya və piylənmədən əziyyət çəkən insanlardan fərqləndirmək, ayırmaq çətindir. Çünki çox zaman normal çəkidə, görünüşdə olurlar.

Bulimiyalı pasiyentlər özlərinə nəzarəti itirə bilir: onları heç kim yola gətirə bilmir, təkcə yeməyi yox, içki, nikotin və alkoqolu da çox qəbul etməyə meyilli olurlar. Digər stereotip davranışlardan mağaza və marketdə kiçik oğurluqlar və intihara meyilli olmağı misal göstərmək olar.

Bulimiyanın inkişaf səbəbi:
-Stress, depressiya
-Özünü dəyərsizləşdirmə
-Baş beyində kimyəvi maddələr və hormonların disbalansı
-Irsi, genetik

Əlamətləri:
-Diş emalının dağılması, damar problemləri
-Bədənin susuzlaşması
-Barmaqlarda cızıqlar, zədələr
-Udlaq və qida borusunda iltohab
-Mineral və duz dibalansına görə tez-tez əzələ qıcolması və ayaqların uyuşması
-Bağırsaq pozğunluğu
-Böyrək və qaraciyərin funsksiyasında pozulmalar
-Menstrual tsiklin pozulması
-Ürəkdə zəiflik

Nə etməli?
Əgər özünüzdə və ya yaxın insanda bu kimi əlamətlər varsa, məvburi şəkildə terapevt və nevropatoloq müayinəsinə getməlisiz. Çox zaman xəstə özü bulimiya olduğunu bilmir, həkimə getmək istəmir, o zaman başqa bir bəhanə ilə onu həkimə cəlb etmək lazımdır.
Bulimiya əlamətlərini təsdiq edən həkim dietroterapiya təyin edir. Xəstəyə antidepressantlar yazılır və psixoterapiya seansları keçirilir.

Güclü psixoterapevt hipnoz vasitəsilə xəstənin qarşısı alınmaz iştahını kontrol edə bilir. Yaxşı olar ki, bulimiyalı insanın ailəsi də səfərbər olsun. Çünki ailə bu adama nəzarət etməsə, o özünə kömək etməyəcək.

Profilaktika
Çox zaman xəstəliyin kökü ailədə, uşaqlıqdan qoyulur. Ailədə sağlam psixoloji ab-hava olmalı, uşaqlara yeməklə cəza və ya mükafat vermək olmaz. Əgər uşaq yeniyetməlik vaxtı öz çəkisi və bədənindən utanırsa, valideyn mütləq onun pəhrizinə diqqət etməlidir. Uşağın qida qəbulu arasındakı vaxt, yeməyin miqdarı və uşağın həyat tərzi korrektə olunmalıdır. Həmçinin uşaqda dərman qəbuluna qarşı etinasızlıq yaratmaq olmaz. Bəzən valideynlər uşağa dərmanları sevdirir, lazım oldu olmadı dərman verir. Uşaqda dərmandan ehtiyat etmək hissi olmur. Ona görə gələcəkdə bulimiya halında dərman qəbuluna da meyillik yaranır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 888   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021