Ögey atası 17 yaşlı qızı zorladıqdan sonra alt paltarında diri-diri basdırdı - VİDEO - FOTO

Türkiyədə dəhşətli qətlin üstü açılıb.

43 gündür heç bir xəbər alınmayan və aparılan araşdırmalardan sonra ögey atası Süleyman K. tərəfindən öldürüldüyü təsbit edilən Ecem Balcı dəfn edilib.

Ecem Balcının doğma atası dəfn mərasimində "Mənim qızımı diri-diri basdırıblar. 17 yaşı var idi qızımın, nə istədilər?" deyə üsyan edib.

İTKİN DÜŞƏN QIZIN 43 GÜN SONRA CƏSƏDİ TAPILMIŞDI

Kocaelinin Gölcük qəsəbəsində 5 yanvar günü evdən çıxan və bir daha geri qayıtmayan Ecem Balcının axtarışları zamanı pis xəbər gəlib. Ecemin itməyindən sonra intihar mesajı yazaraq özünü dənizə atan Esra Ercömertin ardınca qızı Ecemin də cəsədi tapılıb.

ÖGEY ATASI ÖLDÜRÜB, BASDIRIB

Esra Ercömertin intiharından sonra, kəbinli əri olan Süleyman K.-nin evində aparılan araşdırmalarda itkin düşən qızın qatilinin ögey atası olduğu üzə çıxıb.

Keçmiş məhbus Esranı qətlə yetirdiyini və onu meşəlik ərazidə basdırdığını etiraf edib. Deyilən əraziyə gedən polislər 17 yaşlı qızın alt paltarında basdırılmış cansız bədəni ilə qarşılaşıblar. Mərhumun üst paltarı tapılmayıb. İlkin baxış zamanı qızın üz və boyun nahiyyəsindən vurulduğu məlum olub.

İstintaq davam edir.

Ögey atası 17 yaşlı qızı zorladıqdan sonra alt paltarında diri-diri basdırdı - VİDEO - FOTOÖgey atası 17 yaşlı qızı zorladıqdan sonra alt paltarında diri-diri basdırdı - VİDEO - FOTOÖgey atası 17 yaşlı qızı zorladıqdan sonra alt paltarında diri-diri basdırdı - VİDEO - FOTOMənbə: milli.az

Dünyada   Baxılıb: 6845   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR