Qadın məzarından səs gəlincə açdılar: gördüklərindən dəhşətə gəldilər - VİDEO

Qadın məzarından səs gəlincə açdılar: gördüklərindən dəhşətə gəldilər - VİDEOBraziliyada infarktdan dünyasını dəyişən 37 yaşlı Rosangela Almeida dos Santos adlı qadının məzarından səslər gəldiyi deyilincə məzar açılıb.

Yaxınları məzarı açarkən həyatlarının şokunu yaşayıblar.

TƏFƏRRÜAT

İnfarkt keçirən qadın xəstəxanaya çatdırılıb. Həkimlərin ailəsinə öldüyü deyilən qadın yaxınları tərəfindən dəfn edilib.

Məzardan səslər gəldiyi deyilən qadının qəbri 11 gün sonra açılıb. Qadının bədəninin hələ də isti olduğu və əl-ayaqlarında məzardan çıxmağa çalışarkən vurduğundan sonra yaranan yara və qan izləri görünüb. Qadının dırnaqlarının qırılıb, qan içində olduğu da deyilir.

Evli, ancaq övladı olmayan qadının tabutunun məzardan çıxarıldığı anlar kameraya çəkilib. Həkimlərin müayinəsi sonrası qadının çox qısa müddət öncə öldüyü ortaya çıxıb. Xəstəxana səlahiyyətliləri olayda günahı olan hər kəs haqqında tədbir görüləcəyini bildiriblər.

milli.az

Hadisə   Baxılıb: 6215   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR