BAKIDA qəza: ölənlər və yaralananlar var - RƏSMİ

BAKIDA qəza: ölənlər və yaralananlar var - RƏSMİDaxili İşlər Nazirliyi Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin məlumatına görə, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi "Opel", Eldəniz Məcidovun idarə etdiyi "Toyota" , Samirə Əliyevanın idarə etdiyi "Volkswagen" və Namiq Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Hadisə   Baxılıb: 6568   Tarix: 17 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR