Rusiya İstintaq Komitəsi azərbaycanlı azyaşlı Zəhranın ölümünü araşdırır

Rusiya İstintaq Komitəsi azərbaycanlı azyaşlı Zəhranın ölümünü araşdırırMoskva şəhərində (Moskva vilayəti) yerləşən uşaq bağçalarından birində donmuş meyiti tapılan azərbaycanlı azyaşlı Zəhra Rzayevanın ölüm səbəbi araşdırılır.

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, ilkin məlumatlara görə, müəllimə qrupu bağçaya qaytardıqda uşaqlardan birinin olmadığını görüb.

Tərbiyəçilər gəzinti yerinə qayıdarkən 2014-cü il təvəllüdlü qızın qarda cəsədini aşkar ediblər. İlkin məlumatlarda uşağın bir neçə saat sonra itməsininin bilindiyi qeyd olunurdu. Lakin istintaq bu versiyanı təkzib edir. Araşdırmalara əsasən, uşağın qrupda olmaması dərhal bilinib.

"Bədbəxt hadisənin baş vermə səbəbi diqqətlə araşdırılır. Məktəbəqədər qruplar ştat rejimində işləyir, uşaqlar digər qruplara köçürülüblər. Biz ölən qızın doğma və yaxınlarına başsağlığı veririk. Bu, bizim məktəbimiz üçün böyük faciədir", - deyə bağça-məktəbin saytında yerləşdirilən məlumatda bildirilib.

Rusiya İstintaq İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə ("Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma") və 293-cü maddə ilə (Səhlənkarlıq) cinayət işi açılıb. Bu maddəyə əsasən təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə, o, maksimum 7 il müddətinə azadlıqdan məhrum edilə bilər./azvision.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1813   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021