​​"Oğlum dedi ki, dədən ölə, nənən ölə oxum​ayacam" - Könül Kərimova - VİDEO - FOTO

​​"Oğlum dedi ki, dədən ölə, nənən ölə oxum​ayacam" - Könül Kərimova - VİDEO - FOTO"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Könül Kərimova olub.

Müğənni övladının yeni evində qəribçilik çəkmədiyini, hətta qızının yoxluğunu hiss etmədiyini söyləyib:

"Ləman hər zaman öz otağına çəkilən, qapalı bir qız idi. Ona hərdən sual verirlər ki, sən necə qalacaqsan, rayon hara, sən hara? Elə özü yaxşı bir cavab verir, deyir ki, burda da dörd divar arasındayam, orda da dörd divar arasında oturmuşdum. Nə fərqi var ki? Qızım rahat həyatı sevən bir insan olmayıb. Qızıma da, oğluma da deyirdim ki, ikinizdən biri gəlin mənimlə harasa gedək. Hərəsi bir bəhanə ilə aradan çıxırdılar. Həmişə də incikliyim onun üstündə olub. Ona görə də qızımın evdə olmamasına alışmışam. Birdən Ləmanın adını çəkəndə, kimsə soruşanda, o zaman dərk edirəm ki, qız evdə yoxdur".

Açıqlamasında qızının və kürəkəninin bir-birilərini sevib evləndiyini söyləyən müğənninin qızını məcburi evləndirdiyi şayiələri yayılıb:

"İndi başqa dövrdür axı. Mən qızımı necə məcbur evləndirə bilərəm ki. Yaxınlarım deyirdi ki, bu evliliyə razılıq vermə! Ona görə deyirdilər ki, qız rayona gedəcək, bu mühitdən çıxıb o mühitə necə öyrəşəcək? Müəyyən çətinliklər vardı. Mən yaxşı mənada çarəsiz qaldım. Onlar bir-birlərini sevməyə başladılar. Real bir şey etiraf edəcəm. Çünki bunu bütün rayon, qohum-əqraba bilir. Bu evliliyə ilk mənim istəyim olub. Əvvəlcədən kürəkənim qızımı, qızım da kürəkənimi görməmişdi. Bizim uşaqlar qapalı böyüyüblər. Mən rayona hansısa məclisə gedəndə onlar mənimlə getmək istəməyiblər. Bir gün qızımla kürəkənim məclislərin birində üz-üzə gəldilər. Həmin mərasimdən sonra gördüm ki, qızım bir təhərdir".

Bəziləri buna səbəb kimi Könül xanımın kürəkəninin məclis boyunca gülməməsini əsas gətirsələr də, müğənni onun xarakterinin bu cür olduğunu söylədi:

"Öz məclislərində elə yaxşı gülərüz idi ki. Bu, onun xarakterindən irəli gəlir. Hətta bir dəfə nişanda zarafat da etdim. Gedib yanına dedim ki, ay Orxan, biraz üzün gülsün də. Elə bilərlər ki, qızı sənə məcbur vermişəm. Gülür, gülür, sonra görürəm yenə sakit dayanır. Tanısaz, həyatda tamam başqa bir insandır".

Müğənni qızını gəlin köçürdükdən sonra, oğluna da toy edəcək deyə, müəyyən söz-söhbətlər yayılmağa başlayıb:

"Kim bu dəqiqə bekardır ki. Hamının könlündə kimsə var. Ancaq hələlik oğlumun evliliyi ilə bağlı real heç nə yoxdur. Zarafatla bir söz deyirəm. Sonra evdə hamı üstümə düşür ki, sən niyə elə dedin? Sonra görürəm ki, haqlıdırlar. İnanın ki, hələ oğlumu evləndirməyi düşünmək belə istəmirəm. O qədər yorğunam ki. O gün biri deyir ki, oğlun Rəşad üçün nə fikirləşirsən? Cavab verirəm ki, heç nə fikirləşmirəm. Mən dincəlmək istəyirəm".

Əvvəllər oğlunun musiqiyə marağının olduğunu söyləyən sənətçi, onun bu sahədən nə üçün uzaqlaşdığını bildirib:

"Oğlum 5-ci sinifdə oxuyurdu. Fortepiano fakültəsinə qoymuşdum. Düşündüm ki, bəlkə fakültəsini dəyişim, onu ifaçılığa qoyum. Bir gün dedim ki, oxu, qulaq asım. Uşaq başladı oxumağa. Elə gözəl ifa etdi ki, sevindiyimdən gülmək tutdu məni. Uşaq ağlamağa başladı. Dedi ki, belə nə olur olsun, dədən ölə, nənən ölə oxumayacam. Başa sala bilmədim ki, xoşuma gəldiyi üçün güldüm.Bu yaxınlarda dedilər ki, Rəşad gizli-gizli mahnı oxuyur. Səsyazmasını gətirdilər, qulaq asdım, hiss etdim ki, nəsə var".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2467   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021