Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandıRusiya İstintaq Komitəsi Yeni Moskvada üç yaşlı azərbaycanlı Zəhra Rzayevanın ölümünün səbəbini açıqlayıb.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, azyaşlı ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Bildirilir ki, KİV-də uşağın uzun müddət şaxtalı havada nəzarətsiz qalması ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Ekspertiza göstərib ki, Zəhra Rzayeva donma nəticəsində vəfat etməyib, həmçinin onun bədənində xəsarət izləri aşkarlanmayıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gəzinti zamanı azyaşlının ürəyi dayanıb. Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib.

Hadisə   Baxılıb: 6359   Tarix: 18 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR