Müharibə əlillərinə və şəhid ailələrinə verilən Prezident təqaüdü 10 faiz artırılır

Müharibə əlillərinə və şəhid ailələrinə verilən Prezident təqaüdü 10 faiz artırılırMüharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezidentin təqaüdünün artırılması haqqında sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq.

Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür: "Azərbaycan Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 12556 şəhid ailəsinə şamil olunacaq. Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq və bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması təmin olunacaq.

Azərbaycan Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 20744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunacaq. Onlardan 14134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Növbəti sərəncam - "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" sərəncam isə 307 nəfərə şamil olunacaq və onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ilin sonunadək ayrılacaq əlavə vəsait 40,8 min manat təşkil edəcək".

Nazirliyin məlumatına görə, qeyd olunan üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edəcək və həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 6 milyon manata yaxın əlavə vəsait ayrılacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan və müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət qayğısının artırılmasını nəzərdə tutan hər üç sərəncamın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam şəkildə təmin ediləcəkdir.

Qeyd edək ki, müharibə əlilləri və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə bərabər, əlilliyə görə aylıq əmək pensiyası və ya əmək pensiyası hüququ olmadıqda aylıq sosial müavinət də ödənilir. Müharibə əlillərinin, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət verilir.

Eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinətlə təmin edilirlər.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin respublikanın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bu təbəqələrdən olan insanlarla bağlı mühüm sosial proqramlardan biri də onların mənzillə təminatına yönəlib. Ümumilikdə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 6,1 min əlil və şəhid ailəsinə mənzil verilib ki, onlardan 92,2 faizi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, digərləri İkinci Dünya müharibəsi və Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillərdir. Ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilənlərin 73 nəfəri də 20 Yanvar əlilləri və 20 Yanvar şəhidlərinin ailələri olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3453   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel