Ordumuzun ilk zenit raket artilleriya divizionu - VİDEO

Ordumuzun ilk zenit raket artilleriya divizionu - VİDEOAzərbaycan Silahlı Qüvvələrinin ilk zenit raket artileriya divizionun əsgər və zabit heyəti hər ilin fevralında Şəhidlər Xiyabanına toplaşır.

Sonxeber.azMilli.Az-a istinadən xəbər verir ki, məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həyatını itirən döyüş yoldaşları ilə yanaşı digər vətən övladlarının da məzarını ziyarət etmək, onların əziz xatirəsini anmaqdır.

Abdulla Seyidov (Ehtiyatda olan zabit): "Hərbi hissəmizin şəhid olan əsgər zabitləri burada dəfn olunub. Həm onların məzarı başına yığılıb onları yad edirik, həm də özümüz bir-birimizi yaddan çıxarmamaq xatirinə bu gün yığılırıq.

1993-cü ildə zenit raket artilleriya divizionunun yaradılmasında məqsəd düşmənin helikopter vasitəsi ilə Qarabağdakı separatçı ermənilərlə əlaqəsinə maneə yaratmaq olub. Divizionun tərkibində 100 nəfərə yaxın əsgər və zabit toplanıb.

Onlardan 26-sı şəhidlik zirvəsinə ucalıb. Qəlbi Qarabağ sevgisi ilə döyünən veteran zabit və əsgərlər bu gün təskinliyi döyüş yoldaşları ilə görüşdə tapırlar. Onlar torpaqların azad olunmasında hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.

Bu gün Azərbaycanda yaşından, cinsindən aslı olmayaraq hər bir kəs işğalda olan torpaqlarımızı azad etmək üçün Ali Baş komandanın ətrafında bir yumruq kimi birləşib. Vətənin keşiyində durmaq, düşmənə göz dağı vermək üçün gənclərimiz hərbi xidmətə yola düşəcəyi günü səbirsizliklə gözləyirlər.

Birinci Qarabağ döyüşlərində iştirak edən və hazırda ehtiatda olan hərbçilərimiz də gənc nəsildən geri qalmır. Onlar hər an hərbi xidmətə yola düşməyə hazırdırlar. Çünki yarım qalan işlərini zəfərlə başa vurmaq istəyirlər.

Müharibə   Baxılıb: 636   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR