İki azyaşlının da içində yandığı villa Ziya Məmmədovundur? - atası danışdı

İki azyaşlının da içində yandığı villa Ziya Məmmədovundur? - atası danışdıİsmayıllı rayonunda 18 fevral tarixində sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən evdə baş vermiş yanğın zamanı xəsarət alan uşaqların vəziyyəti yaxşıdır.

Bu barədə Sonxeber.az-a açıqlamasında yanmış villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Bəbirov Ruslan deyib.

O bildirib ki, yanğında xəsarət alan azyaşlı uşaqları hazırda evə buraxılıb:

"Uşaqlarımın vəziyyəti yaxşıdır. Hazırda evdədilər. Yüngül yanıq xəsarəti alıblar. Yanğın baş verən ev mənim şəxsi mülkümdür. Mühafizə etdiyim ev isə rusiyalı iş adamınındır, mən ona nəzarət edirəm. Amma həmin villa hazırda Ziya Məmmədova məxsus deyil. Ola bilər ki, əvvəllər ona aid olub. Evin indiki sahibi biznesmendir. İldə bir dəfə ölkəyə gəlir. Hadisədən xəbərdardır. Amma yanan ev mənə aiddir. Sənədləri də öz adımadır".

Qeyd edək ki, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər. Mətbuatda yanan evin sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olması ilə bağlı məlumat yayılmışdı.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7158   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. -ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır. Klubun mətbuat katibi Mübariz Süleymanlının -a verdiyi məlumata görə, hüquq-mühafiz

11 aprel
.

Oğuzda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a məlumat verilib. Bildirilib ki, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıblar. Onlardan narkoti

14 aprel
.

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA + FOTO

Tovuzda qadın yanıq xəsarətləri alıb. -a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü rayon sakini Röyal Tağıyev münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu, 1990-cı il təvəllüdlü, Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyini

19 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

İranda futbol komandasının məğlubiyyəti azarkeşin ölümü ilə nəticələndi

İranın "Traktor" komandasının azarkeşi komandanın məğlubiyyətinə görə insult keçirib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Əhə Quli Lale adlı azarkeş aprelin 12-si keçirilən oyun zamanı üçüncü qoldan sonra stadionda insult keçirib, növbəti gün dünyasın

14 aprel