Meyiti manqalda yandırdıq, qonşu qadın soruşdu ki...– Azərbaycanda dəhşət - FOTO

Meyiti manqalda yandırdıq, qonşu qadın soruşdu ki...– Azərbaycanda dəhşət - FOTONeftçala rayonunda dəhşətli qətllər törətməkdə ittiham olunan Şirvan şəhər sakinləri – 1992-ci il təvəllüdlü Emil Heybətov, onun anası, 1962-ci il təvəllüdlü Tükəzban Heybətova, qardaşı, 1985-ci il təvəllüdlü Amil Heybətov, Cəlilabad rayon sakinləri – 1991-ci il təvəllüdlü Cavid Əliyev, 1980-ci il təvəllüdlü Ruhid Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qeyd edək ki, Heybətovlar Neftçalada yaşayıblar.

Emil Heybətov ailə-məişət münaqişəsi zəminində atası Aydın Heybətovu anası Tükəzbanla əlbir şəkildə qətlə yetirib.

Tükəzban Heybətovanın verdiyi pulla Emil 2013-cü il aprel ayının 14-15-i aralığında Neftçala rayon Dördlər kənd sakini Kamal Dadaşovdan 600 manata ov tüfəngi alıb. O, tüfəngi anasına verib.

2013-cü il aprelin 20-də gecəyarısı yaşadıqları Neftçala rayonu Yuxarı Qaramanlı kəndindəki evdə Emil Heybətov atası Aydınla mübahisə edib, sonra anası qoşalülə ov tüfəngini oğluna verib.

Ana-oğul atanı öldürüb, meyiti çaya atdı

Ov tüfəngini alan Emil anası ilə birlikdə atasının yataq otağına girib. Emil tüfəngi Aydın Heybətova tuşlayaraq boğaz və döş qəfəsi nahiyəsinə iki dəfə atəş açıb. Ata aldığı xəsarətlərdən ölüb.

Cinayətin izini itirmək məqsədi ilə ana-bala birlikdə evin arxasındakı yardımçı tikilinin qarşısında quyu qazıb. Qoşalülə ov tüfəngini, qana bulaşmış adeyalı, balışı, yorğanı və mərhum atanın yatdığı taxtı quyuya tullayıb, üstünü torpaqlayıblar.

Gecə saat 5 radələrinədə isə meyiti yandırıblar. Ana-oğul birlikdə meyitin yanmış külünü kisələrə yığıb, yaşadıqları evin yaxınlığından keçən Kür çayına, bir neçə saatdan sonra isə cinayətin törədilməsində istifadə etdikləri ov tüfənginin metal hissəsini Kür çayının Astanlı kəndi ərazisindən keçən yerinə atıblar.

Taksi sürücüsünü aradan götürmək planı

Qətldən taksi sürücüsü, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini Kamal Rüstəmovun da məlumatı olub. O bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək üçün Emildən mütəmadi pul tələb edib.

Emil Heybətov taksi sürcüsündən canını qurtarmaq və Aydın Heybətovun öldürülməsi cinayətini gizlətmək üçün Kamal Rüstəmovu aradan götürmək məqsədilə qardaşı Amil Heybətov, əvvəllər tanıdığı Cavid Əliyev və Ruhid Şükürovla birgə hərəkət edib.

Onlar özləri ilə 10 litrlik kauçuk qabda benzin və iki parça kəndir götürərək 2014-cü il fevralın 12-də Ruhid Şükürovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Bakı şəhərindən Neftçala rayonunun Yuxarı Qaramanlı kəndinə gəliblər.

Dəstə üzvlərinin hazırladıqları plan üzrə və apardıqları vəzifə bölgüsünə əsasən saat 20 radələrində Cavid Əliyev Kamal Rüstəmovun yaşadığı evə gedib, guya Bakı şəhəri istiqamətində hərəkət edən taksilərin dayanacağına getmək istədiyini bəhanə gətirib, onu həmin dayanacağa aparmasını xahiş edib.

Cavid Əliyev Kamal Rüstəmovun idarə etdiyi "VAZ-21011" markalı avtomobilin ön oturacağına əyləşib. O, sürücüdən avtomobili dəstənin digər üzvləri olduqları Pirəbbə kəndinə gedən yolun dayanacağına sürdürüb və orada saxlatdırıb.

Emil Heybətov qardaşı Amil Heybətovla avtomobilin arxa oturacağına əyləşib və Kamal Rüstəmovdan yola davam etməsini istəyib. Sürücü onları tanıyıb və avtomobili saxlayaraq düşmələrini tələb edib.

Emil qardaşı ilə birlikdə kəndiri arxadan Kamalın boğazına dolayaraq, boğmağa başlayıblar. Bu zaman Cavid Əliyev Kamal Rüstəmovun ayaqlarından tutub...

Özünü boğub, avtomobilini yandırdılar

İki qardaş kəndirlə Kamal Rüstəmovu boğmaqda davam edib. Sürücünün öldüyünü gördükdən sonra meyiti Ruhid Şükürovun avtomobilinin yük yerinə qoyublar. Cinayətin izini itirmək məqsədilə əvvəlcədən özləri ilə gətirdikləri benzini Amil Heybətov Kamal Rüstəmova məxsus avtomobilin üzərinə və salonuna töküb, maşını yandırıb.

Meyiti Rühid Şükürovun idarə etdiyi avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədən küçəsində Məlahət Qorçiyevaya məxsus kirayədə yaşadıqları evin həyətinə gətiriblər. Orada benzin və kömürlə Kamal Rüstəmovun meyitini yandırıblar. Bununla kifayətlənməyiblər, yanmış meyitin qalıqlarını da xırdalayaraq həyətdə basdırıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

"Ərim başqa qadınlarla görüşürdü"

Təqsirləndirilən şəxs qismində ifadə verən Tükəzban Heybətova bildirib ki, 1982-ci ildə ailə həyatı qurduğu əri Aydın Heybətov son zamanlar mütəmadi olaraq sərxoşluq edib, tez-tez onu döyüb və başqa qadınlarla görüşüb: "Bu səbəbdən ər-arvad münasbətlərimiz tamamilə pozulmuşdu. 2013-cü il aprelin 11-də oğlum Emillə qərara gəldik ki, Aydını qətlə yetirərək. Emilə təxminən 600 manat pul verdim ki, ona ov tüfəngi alsın. Aprelin ortalarında patronları ilə birgə ov tüfəngini gətirib mənə verdi. Tüfəngi evin 1-ci mərtəbəsində otaqlardan birində gizlətdim".

Tükəzban Heybətovanın ifadəsinə görə, aprelin 15-də Bakı şəhərində olan əri Aydın Heybətovun evə gəldiyini görüb: "Bakı şəhərində olan Emilə zəng etdim, onu Neftçaladakı evimizə çağırdım. Aprelin 19-da axşam saatlarında oğlum evə gəldi. Emil atası ilə yeyib-içdikdən sonra onların arasında mübahisə düşdü. Bir qədər sonra hər ikisi sakitləşərək yatmağa getdi".

"Bezmişik səndən, səni vuracam"

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 8-9 radələrində əri yenidən oğlu ilə yeyib-içərək mübahisə edib: "Gecə Aydın yatmağa getdi. Birinci mərtəbədən ov tüfəngini gətirib oğlum Emilə verdim. Bundan sonra hər ikimiz birlikdə ərimin yatdığı otağa girdik. Çarpayıya yenicə uzanmış Aydın bizi görəndə ayağa qalxdı.

Bu zaman Emil tüfəngi onun sinəsinə dayayaraq "bezmişik səndən, səni vuracam" deyib, iki atəş açdı. Aydın sinəsindən və boğazından xəsarət alaraq yerindəcə keçindi. Həmin vaxt atəş səslərinə yuxarıda yatmış qızım Amaliya ayılıb, evin 1-ci mərtəbəsinə endi. O, atasının otaqda qanlı meyitini görəndə özündən getdi.

Amaliyanın üzünə su sərdik, onu evin ikinci mərtəbəsinə apardım. Bir qədər onunla qaldıqdan sonra yenidən Emilin yanına geri döndüm".

"Meyitin külünü kisəyə yığaraq çaya atdıq"

Tükəzban Heybətova qeyd edib ki, Emilə həyətdə yer qazmağı tapşıraraq yenidən qızı Amaliyanın yanına qalxıb: "Amaliyanın sakitləşmədiyini görüb, ona əvvəllər istifadə etdiyi valerian dərmanı verdim. Qızımı yatırdıqdan sonra evin arxa tərəfində, toyuq damının qabağında Emilinin yer qazdığını gördüm.

Emillə köməkləşib Aydının meyitini yatdığı qırmızı ədyal, döşək, yorğan və balışla birlikdə toyuq damının yanındakı qazılmış yerə gətirdik, ora atdıq. Qazılmış yerdə meyiti və yatdığı divanı hissə-hissə böldük. Sonra meyitlə bərabər ov tüfəngini də oğlumun qaladığı ocağa ataraq üzərinə benzin tökməklə yandırdıq. Meyit tam yanandan sonra külünü kisəyə yığaraq evimizdən 80-100 metr yaxınlıqdan keçən Kür çayının həyətin bağ tərəfindəki hissəsinə atdıq.

Emil ocağın külünü təxminən 7-8 kisəyə yığaraq ağzını bağladı və araba ilə xırda sallofanlarla Kür çayına tökdü.

Toyuq damının yanında qazdığımız yerdə yandırdığımız meyitin külünü oğlum Emil 3-4 araba reysiylə daşıyandan sonra oranı torpaqla doldurduq".

"Tüfəngi Kür çayına atdıq"

Tükəzban Heybətova qeyd edib ki, səhər açılmağa başlayanda həyətin sol tərəfində olan qonşusu Xanımbacı dəmir hasardan onunla söhbət edib və ondan gecə nə iş gördüklərini soruşub: "Ona həyətdəki zibilləri yandırdığımızı deyərək onunla sağollaşdım. Emillə evə qayıdıb bir qədər yatdıq.

Aprelin 21-də, səhər saat 11 radələrində Emil mənə yandırdığımız ocaqdakı tüfəngin lüləsini evdən uzaqda, Kür çayına atmağımızı təklif etdi. Tüfəngi torbaya qoyduq, taksi ilə Neftçala rayonu Astanlı kəndinə, anam Tura Rəsulovagilə gəldim. Tüfəngi Kür çayının axan hissəsinə atıb evə qayıtdım".

"Naxçıvanlı olduğunu deyirdi"

Digər təqsirləndirilən Cavid Əliyev bildirib ki, Amil Heybətovu 2011-2012-ci illərdən tanıyıb: "Amil həmin vaxt "Neftçilər" metrosunun yaxınlığında yerləşən "Kardeşler" şirniyyat və un məmulatları mağazasında kassir işləyirdi.

Qardaşım Ruslanın "Neftçilər" metrosundakı keçiddə xırda ticarətlə məşğul olduğu yer Amilin iş yerinə yaxın olduğuna görə tez-tez şirniyyat almaq və çay içmək üçün oraya gedib-gəlmişəm. Bir müddət sonra yaxın münasibətimiz yarandı. Amilin qardaşı Emili də sonradan tanıdım.

Lakin Amil əvvəllər Emilin onun qaynı olduğunu bildirmişdi. Hətta Amil mənə özünü Naxçıvanlı kimi təqdim eləmişdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Amil, Emil və bir qadınla Neftçala rayonuna gəliblər: "Amil həmin qadına ana deyirdi. Mən isə Amilin ana dediyi qadının onun qayınanası olduğunu zənn etmişdim. Biz Neftçala rayonunda iki gecə qaldıq. Gəldiyimiz günün ertəsi Amil mənə evin birinci mərtəbəsindəki girişdən birinci otağı göstərdi və həmin otağın döşəməsini boyamaq lazım olduğunu dedi. Döşəməni boyadım. Gecəni onlardan qaldıq, ertəsi gün Amil və Emillə birlikdə Bakı şəhərinə qayıtdıq".

"Amilin təklifi ilə razılaşdım"

Cavid Əliyev bildirib ki, Bakıya qayıtdıqdan təxminən bir ay sonra Amil Sabunçu rayonunda Zabrat istiqamətində olan fərdi yaşayış evlərinin birində mənzil kirayələyib: "Amil "Azərsun" şirkətində ekspeditor işlədiyindən öz maşını ilə həmin kirayələdiyi mənzili anbar kimi istifadə etməklə malları yığırdı. Bir neçə gün sonra Amil və Emillə həmin kirayə evə getdik.

Amil evdə mənə Neftçala rayonunda Kamal adlı bir şəxsi öldürməkdə onlara kömək etməyimi istədi. Əvvəl razı olmadım. O, bir neçə gün mənə bu cinayət hadisəsini törətməyi təklif etsə də, razılaşmadım. Bir gün Amil ona kömək edəcəyim təqdirdə banka olan borclarımı ödəməkdə yardımçı olacağını bildirdi.

Bankdan mənə tez-tez zəng gəldiyi üçün və borcları qaytarmağa maddi imkanım olmadığından təkliflə razılaşdım".

"Hava qaralana kimi gözlədik"

Cavid Əliyev ifadəsində qeyd edib ki, Kamal Rüstəmovu evdən çıxarmaq və Bakı istiqamətinə aparmaqla öldürmək barədə plan qurublar. Onun sözlərinə görə, Amil, Emil və adını xatırlamadığı Cəlilabad rayon sakini "Mersedes Benz" markalı furqon taksi sürücüsü ilə Sabunçu rayonu kirayədə yaşadıqları mənzilin yaxınlığında görüşüblər: "Həmin taksi sürücüsü ilə Amil biri-birini tanıyırdılar. Amil özü ilə götürdüyü idman çantasına lüləsi kəsilib qısaldılmış qoşalülə tüfəngi maşına qoydu. Birlikdə Neftçala rayonuna gəldik. Kəndə çatdıq, hava qaralana kimi gözlədik".

"Meyiti hamamda saxladıq"

Cavid Əliyev qeyd edib ki, hava qaralandan sonra Bakı taksisi lazım olması adı ilə Kamalın evinə gedib. Qurulmuş plana uyğun olaraq Kamalı aldadaraq evindən çıxarıb və Amilgilin dayandığı yerə gətirib.

Cavid Əliyev ifadəsində Kamal Rüstəmovu orada öldürmələrindən danışıb. Deyib ki, Kamalı boğaraq öldürdükdən sonra meyiti Sabunçu rayonunda kirayə tutulan evə gətiriblər: "Amil sürücüyə hansısa miqdarda pul verdi və ona bu cinayət barədə heç kimə heç bir söz deməməyi tapşırdı.

Amil və Emillə birlikdə köməkləşərək meyiti maşının yük yerindən götürdük və həyətdə olan hamama apardıq. Amil hamamın qapısını bağladı, evə yatmağa getdik".

"Qalan külü küçədə çuxurlara səpdik"

Cavid Əliyevin sözlərinə görə, səhər alaqaranlıqda Amilin əvvəlcədən hazırlatdırdığı manqala oxşar metaldan olan dəmir qutunun içərisinə əvvəlcə kömür qalayıblar, sonra Kamalın meyitini həmin dəmir qutuya qoyaraq üzərinə tez alışması üçün hansısa maddə töküblər: "Meyiti yandırdıq. İy ətrafa yayıldığından üzünü görmədiyim hansısa qadın qonşulardan birinin tüstü və bu cür yanmış ət iyinə etiraz etdiyini söylədi. Amil həmin qadına təzə kirayəyə köçdüklərini, həyətdə təmizlik işləri apararaq zibilləri yandırdıqlarını bildirdi.

Amil və Emil balta ilə yanmış meyitini tez alışaraq yanması üçün doğradıq. Meyit tam yandıqdan sonra onun külünü həyətdə basdırdıq. Qalan iki vedrə külü isə darvazadan çölə çıxararaq çuxur olan yerlərə tökdük.

Axşamı həmin evdə qaldıqdan sonra səhəri günü qardaşım Ruslanın "Neftçilər" metrosu yaxınlığında yerləşən evinə getdim. Bu barədə qardaşıma heç bir söz demədim".

"Dedi ki, gəlinlərin əxlaqını pozur"

Təqsirləndirilən şəxs qeyd edib ki, Amil Kamalın Yuxarı Qaramanlı kəndində əxlaqsızlıqla məşğul olduğunu, kənd sakinlərinin qız-gəlinlərinin əxlaqını korladığını, onlara qarşı cinsi zorakılıq etdiyini, bütün bu səbəblərə görə Kamalın öldürülməli olduğunu bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Heybətov ömürlük, Tükəzban Heybətova 14 il, Amil Heybətov 16 il 6 ay, Cavid Əliyev 14 il 6 ay, Ruhid Şükürov 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində işlərinə ədalətli baxılmasını istəyiblər.

Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, cinayətin üstü xeyli sonra açılıb. Həmin vaxta qədər ailədə toy da olub. Atasının meyitini görəndə ürəyi gedən Amaliya çal-çağırla ər evinə yola salınıb.

Mənbə: teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2971   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021