Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏBəzən səhlənkarlıq edən, şagirdlərinə diqqət göstərməyən müəllimlərlə yanaşı peşəsini sevən fəaliyyəti təkcə sinif otağına girib dərs deməkdən ibarət olmayan, şagirdinə müəllim deyil, dost münasibəti göstərən müəllimlər də az deyil. Bu dəfə də həmin gənc müəllimlərdən biri ilə sizi tanış edəcəyik. 27 yaşlı Tural Topçuyev doğulub-böyüdüyü Gədəbəy rayonunda Coğrafiya müəllimi işləyir.

Deyir, Gədəbəy yeganə rayonlardandır ki, orada demək olar ki, bu fənni tədris edən müəllim yoxdur. Çalışır ki, rayondakı bütün məktəblilərə bu sahədə yardımçı olsun. Vəzifəsinin öhdəsindən olduqca gözəl gəlir. Elə bu səbəbdəndir ki, rayonda keçirilən fənn olimpiadalarda qalib gənclərin əksəriyyəti Tural müəllimin şagirdi olur.

Tural Topçuyev Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakultəsini bitirib. 2011-ci ildə universiteti fərqlənmə diplomu qurtarıb və həmin il Gəncə Dövlət Universitetinin Azərbaycanın Fiziki Coğrafiyası ixtisası üzrə magistr təhsili alıb. Magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Gədəbəy rayon Qızılqaya kənd tam orta məktəbində kariyerasına başlayıb. 2017-2018-ci tədris ilindən Gədəbəy şəhər 1 saylı tam orta məktəbində həm Coğrafiya həm də iqtisadiyyat təmayüllü siniflərdə bu fənni tədris etməyə başlayıb. Hazırda disertantdır. Elmi işlə məşğuldur.

Sonxeber.az verir ki, A24.Az saytı gənc müəllimlə müsahibəni sizə təqdim edir:

-Rayon üzrə keçirilən fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i sizin şagirdləriniz olub. Fənnlərinizi şagirdlərinizə necə sevdirə bilmisiniz?

Şagirdə fənnini sevdirmək üçün gərək özün sevəsən. Peşəmi sevirəm, mütailə edirəm. Hər gün dərsi tədris etməyə getməmişdən kitabları vərəqləyirəm. Bundan başqa, şagirdlərimi çox sevirəm. Elə şagirdlərim də məni sevir. Təsadüfi deyil ki, məktəbimizdə mənə "şagirdlərin sevimlisi" titulunu veriblər. Mənim Gədəbəy şəhər məktəbinə gəlməyimə səbəbkar da şagirdlərim olub. Valideynlər direktordan mənim məktəbə gəlməyimi israrla istəyiblər. Onların istəyi ilə bu il şəhər məktəbinə getmişəm. Yəqin ki, dərs proqramı, tədris qaydası şagirdlərə fənni sevdirir. Bir də nəticələrim əsasdır. Repetitor işləməyə başlayandan şagirdlərim 100 % ali məktəblərə qəbul olur. Keçən il Gədəbəydə rekord göstərici olmuşdu. 94 % qəbul vermişdik. Bu il də işin gedişi onu göstərir ki, həmin rekord təzələnə bilər. Keçən il də olimpiadada birincilik məhz coğrafiyanın idi, lakin bu səviyyədə deyildi.

-Sovet dövründə Gədəbəydə çox sayda alim yetişirdi. Çünki təhsil yüksək səviyyədə idi. Amma keçid dövründə yaşanan bəzi durumlara görə, bərbad nəticələr göstərməyə başladı. İndi vəziyyət nə yerdədir? İnkişaf gedirmi?

Keçin dövründə əhalinin sosial vəziyyətində problemlər yarandı. Maddi sıxıntılar insanları təhsildən uzaqlaşdırdı. Müstəqillik dövründə hər sahədə olduğu kimi təhsildə də inkişaf getdi. Məncə Gədəbəydə də təhsil əvvəlki vəziyyətinə qayıdır. Mən qəbul olduğum ildəki statistikaya baxsaq, mənim dövrümdə cəmi 1-2 nəfər 600 balı keçmişdi ali təhsil müəssisələrinə qəbul imtahanında. Amma keçən il elə mənim 12 şagirdim 600 balı keçib. II qrupa aşağı balla qəbul olanların əksəriyyəti coğrafiyanın hesabına keçmişdi. Keçən ilk II qrupa verib kəsilən şagirdimiz yox idi. Məncə, bu Gədəbəy təhsilində bir inqilab oldu. Bu səbəbdən təhsil şöbəsi nəzərə aldı ki, mən məhz coğrafiya təmayüllü siniflərə dərs deyim.

-Sosial şəbəkələrdə izləyirik ki, bölgələrdə dərs deyən müəllimlər müəyyən yeniliklər edirlər. Məsələn biri dərsi tamaşa şəklində təqdim edir, biri təbiət qoynunda təqdim edir və s. Gədəbəy dağ rayonudur. Sizin fikrinizdə maraqlı nələr var?

Coğrafiyada vacib proses dərsdənkənar təcrübələrin təşkilidir. Hər il təşkil edirəm. İndi daha möhtəşəm məşğələlər planlaşdırıram. Bu il Azərbaycanın geologiyasına, relyefinə uyğun bir məşğələ olacaq. Gədəbəy dağlıq rayondur. Orada yüksəklik landşaftı daha yaxşı nəzərə çarpır. Gədəbəy rayonunda nəzərdə tutduğum bölgələr var ki, şagirdlərimi ora aparmağı düşünürəm. Məktəb də elə yerdədir ki, yüksəklikləri hər gün dərs otağından göstərmək mümkün olur. Elə bu özü əyani vəsaitdir. Dərsim həm də uşaqlara ona görə maraqlıdır ki, hər bölməyə uyğun motivasiya aparıram. Məsələn özümün hazırladığım materiallar var ki, yeni avadanlıqlarla onu şagirdlərimə təqdim edirəm. Bundan başqa, müəllimə inam və psixoloji təsir var. Əksər hallarda bunu riyaziyyat müəllimləri edir. Məsələn şagirdə desən ki, bu fənn çətindir, şagirdin beyninə həkk olunur ki, bu fənni oxumaq mümkün deyil. Mən isə əksinə edirəm və deyirəm ki, coğrafiya çox maraqlı elmdir, dünya görüşünün açarıdır, bu fənni bilən insan nikbin olar, öyrənməmək olmaz ,çünki gündəlik yaşadığımız həyatdır. Bu yöndə öz fənnimə inam, maraq yaratmağa çalışıram.

-Məktəblilər var ki, dərsə neçə km uzaqdan gəlir. Elə şagirdlər var ki, müəllimlər özləri təhsilə cəlb edir. Elə birilərini tanıyırsınızmı oxumağa həvəsi olsun, lakin maddi səbəblərdən təhsildən yayınsın? Yəni şəxsən təhsilə cəlb etdiyiniz, oxuması üçün maddi və mənəvi dəstək göstərdiyiniz şagirdlər var?

Həmkarlarımızla təşkil etdiyimiz bir təhsil mərkəzi var. Ora kurs kimi fəaliyyət göstərmir. Sadəcə savadlı müəllimlər biraraya toplanıb. Şagirdlər var ki, maddi durumu yaxşı deyil məsələn bir ailədən iki və ya üç, müharibə veteranı övladı və ya şəhid ailəsindən uşaqlar gəlir. Onlar təhsil haqqından tam azaddır. Yeri gələndə onlara maddi dəstək də veririk. Bu il 5-6 şagirdin kitab və xəritələrini öz hesabıma təmin etdim. Keçən il də təhsilinə yardım etdiyimiz şagirdlər var ki, başımızı ucaltdı. Onlara baxıb qürur duyuruq. Kasıb ailələrin övladları vardı ki, 600-dən yuxarı bal yığdı. Bundan başqa ödənişlərində güzəşt etdiyimiz çox şagirdlər var. Uzaq yoldan gəlib, çox pul xərcləyən uşaqları da nəzərə alırıq.

– Dərsdən əlavə uşaqlarla münasibətləriniz necədir? Dost kimisiniz yoxsa standart müəllim kimi?

Müəllimlik tək savaddan, təhsil verməkdən ibarət deyil. Müəllim sinif otağına girəndə müəllim kimi qəbul olunmalıdır. İlk baxışdan necə görünürsə o cür də davam edir. Orada geyimə də, saç düzümünə də, səliqəliliyə də nəzarət olunmalıdır. Bu təbii ki, sinif otağına aid olan prosedurdur. Ən əsası şagirdə şəxsiyyət kimi yanaşılmalıdır, şagird səhv edə bilər. Əsas odur onu səhv yoldan çəkindirəsən. Oxumayan uşağı təhqir etmək olmaz, onun psixologiyasına uyğun üsullar tətbiq etmək lazımdır. Dərs prosesindən sonra sözsüz ki, bütün şagirdlərim mənim dostumdur. Valideynləri məktəbə çağıranda məni göstərib deyirlər ki, valideynim burdadır. Bu mənim üçün baş ucalığıdır. Yəni şagirdlə elə münasibət qurmuşam ki, maddi sıxıntısı olanda bunu mənə deyə bilir. Amma dərs prosesi başqa və daha ciddi anlayışdır. Mənə dərsdə qorxu ilə deyil, hörmətlə yanaşırlar.

-Məktəbinizdə fənn kabinetiniz varmı? Fənninizi tam tədris etmək üçün hər şərait yaradılıbmı?

Bizim məktəb çox köhnə məktəbdir. Sırf rəhbər hesabına qorunub saxlanıb. Yeni avadanlıqlar yoxdur. Lakin işləyən kadra dəstək göstərilir. Mənə coğrafiya otağını qurmaq üçün şərait yaradılıb. Müasir lövhəni özüm gətirmişəm. Mən gedənə qədər orada təbaşir lövhə idi. İndi daha yeni avadanlıqlar təşkil etmək niyyətindəyəm. Bundan başqa, özüm yeni xəritələr də tərtib etmişəm.

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏGədəbəyli müəllim statistikanı alt-üst etdi: Qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏGədəbəyli müəllim statistikanı alt-üst etdi: Qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2757   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021