ABŞ kəşfiyyatı erməniləri qorxutdu: Bakının silahları...

ABŞ kəşfiyyatı erməniləri qorxutdu: Bakının silahları...ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı müharibə olacağı anonsunu verməsi hərbi-siyasi çevrələrin diqqət mərkəzindədir. Hesabatda göstərilib ki, genişmiqyaslı müharibə zamanı Rusiya Ermənistana yardım edəcək.

Rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın "1in.am" nəşrinə ABŞ kəşfiyyatının proqnozunu şərh edərkən deyib ki, bu cür fikirlərin səslənməsi birinci dəfə deyil.

Ekspert kəşfiyyatın məxfi qurum olmasına diqqət çəkərək qeyd edib:

"Onlar kəşfiyyat adının daşıyıcısıdırlarsa, o zaman məxfi informasiyaya malik olmalıdırlar. O məxfi informasiyalar ki, onları ekspertlər bilməyəcək".

Tarasov əlavə edib ki, Qarabağ münaqişəsi nizama salınmadığından cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil.

"Üstəgəl, Azərbaycan ordusu müasirləşib, eyni zamanda erməni hərbçiləri də yerində saymır. Kəşfiyyat isə bizim, sizin bilmədiyiniz informasiyaya malik olmalıdır. Bununla belə, tədbir görülməlidir ki, təsvir edilən ssenarilər mümkün olmasın" - deyə S.Tarasov bildirib.

Politoloq Qarabağda müharibə olacağı təqdirdə, Rusiyanın müdaxilə imkanlarından da söz açıb:

"Rusiya Ermənistanın strateji müttəfiqidir. Həmçinin Azərbaycanla işgüzar əməkdaşlığa malikdir. Bəli, Rusiya Azərbaycana silah satır. Lakin belə bir gizli razılaşma var ki, o silahlar Qarabağ cəbhəsində istifadə olunmasın. Amma bu barədə əminlik yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Güman etməyə əsaslar var ki, müharibə Qarabağ cəbhəsi ilə kifayətlənməyəcək və bu müharibə Azərbaycanla Ermənistan arasında olacaq".

Erməni politoloq Levon Şirinyan isə genişmiqyaslı müharibənin olacağını mümkün hesab edir. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

"Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil", - L.Şirinyan qeyd edib.

Ekspertin fikrincə, müharibə zamanı Rusiya və Türkiyə heç bir problemi həll etməyib.

"Bu baxımdan Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirdir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır", - L.Şirinyan əlavə edib.

Politoloq Ermənistana böhrandan çıxmaq üçün formul da təklif edib:

"Sarayların əvəzinə tank və raket almaq lazımdır. Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi - bu, Ermənistanın məhv edilməsidir".

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2611   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart