13 gün əvvəl evdən qaçan təzə gəlinin anası: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"

13 gün əvvəl evdən qaçan təzə gəlinin anası: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"Göygöl rayonunun Mollacəlilli kəndində evdən qaçan 2 ayın gəlini 20 yaşlı Asiya Ağakişiyeva tapılıb. Artıq 13 gündür evdən gedən A.Ağakişiyevanın fen almaq üçün qayınatası ilə mağazaya getdiyi və ərazi yaxınlığından taksiyə minərək uzaqlaşdığı bildirilib:

"Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir"

Qayınatası iddia edirdi ki, A.Ağakişeyvanın qardaşı arvadı ona deyib ki, oğlu ilə evlənməzdən qabaq gəlinin kənddə başqa bir oğlanla münasibəti olub.

Gəlinin tapılması ilə bağlı publika.az-a Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva məlumat verib. O bildirib ki, qızını Gəncə şəgərində süpürgəçi bir qadının evində tapıblar:

"Qızım 13 gündür ki, yoxdur. Neçə gündür polis bir tərəfdən, biz bir tərəfdən qızımı axtarırıq. Nəhayət polis onu Gəncə şəhərində süpürgəçi bir qadının evində tapıb. Harda bir-birləri ilə görüşüblər, necə gedib, bilmirəm. Həmin xanımı tanımırıq. Elə onlarda qalırmış. Deyirmiş ki, evdə məni incidirlər. Qayınanam zülm eləyir. Qayınatam mənə kobud davranır, təhqir edir, rahatlıq vermirlər. Kim nə deyir desin, o mənim balamdı. Necə yəni kaş tapılmayaydı?! Allaha şükür, sağ-salamat tapdıq. Mənim qızım xəstə deyil, dəli deyil ki, evdən qaçsın. Bilmirəm dəqiq nə baş verib, kim ona nə deyib, küsdürüb ki, evdən çıxıb gedib. Heç birimizə də bir kəlmə xəbər etməyib. Ailədə söz də olar, söhbət də olar. Amma gör nə həddə çatdırıblar ki, Asiya evi tərk edib. Canına xətər yetirsəydi, nə olacaqdı? Asiya yaxşıdı. İndi evdə yoxdur, ər evinə qayıdıb-qayıtmayacağını isə bilmirəm. Qızım nə qərar versə, biz də ona dəstək olacağıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3849   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Ölkəmizdə I və IX siniflərdə təhsil almaq məcburi olsa da, bəzən təhsildən yayınan və ya yayındırılan şagirdlərə rast gəlinir. Bəzə

26 aprel
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26 aprel
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel