"Dollar krediti olanlar şad xəbər alacaq"

"Dollar krediti olanlar şad xəbər alacaq""Beynəlxalq Bank çıxılmaz vəziyyətdədir. Əmanətlər üzrə faiz dərəcəsinin qanunsuz olaraq birtərəfli qaydada azaltmasını əsaslandıra bilmədiyi üçün məhkəmə iclasının qapalı aparılmasını istəyib. Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar".

Məlumatı hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov verib.

Məlum olduğu kimi, ötən ilin sonunda Beynəlxalq Bank vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürüb. bir qismi də məhkəməyə üz tutub.

Əkrəm Həsənov Beynəlxalq Bankın məhkəməyə müraciət edən əmanətçilərindən birinin vəkili olduğunu deyib. O bildirib ki, fevralın 21-də Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə ilk baxış iclası olub:

"Bankın nümayəndəsi Bəgülov Rasim Ayaz oğlu (onun bankın işçisi olub-olmaması məsələsi də açıq qaldı, çünki əmək müqaviləsini təqdim etməmişdi) iclasa təxmini yarım saat gecikdi. Çıxış etməyə başladım, bu zaman bankın nümayəndəsi çıxışımı kəsərək şifahi vəsatət verdi ki, iclas qapalı olsun. Guya burada kommersiya sirri olacaq məlumatlar var. Etiraz etdim ki, əvvəla, mən artıq çıxış edirəm. Daha sonra, burada heç bir sirr yoxdur. Sirr varsa, bank sirridir, o da əmanətçiyə aid olan məqamdır. Heç bir yazılı vəsatət də yoxdur axı! Buna baxmayaraq, hakim dərhal kənar şəxslərin iclasdan çıxması haqda qərar verdi.

Çıxışımın qısa mahiyyəti ondan ibarət idi ki, bank ölkədə iqtisadi vəziyyətə istinad edərək öhdəliyinin icrasından yayınır. Guya şərait əhəmiyyətli dərəcədə dəyişib. Məgər vəziyyət bu qədərmi ağırdır? Axı ölkə rəhbərliyi problemlərin olduğunu vurğulasa da, çox optimist bəyanatlar verir. Yəni, bank ölkə rəhbərliyi ilə razı deyil? Ötən il dövlət bu banka 3,3 milyard dollar hədiyyə edib və nəticədə bank 1 milyard manata yaxın mənfəətə çıxıb. Bəs onda niyə deyir ki, vəziyyətim yaxşı deyil və əmanətlər üzrə müqaviləyə uyğun faiz ödəyə bilmir? Qoy onda bank məhkəməyə maliyyə arayışı təqdim etsin ki, niyə öhdəliyini icra edə bilmir!"

Hüquqşünas qeyd edib ki, qanuna görə bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini endirmək hüququ yoxdur:

"Hər bir halda bunun üçün bank məhkəməyə müraciət etməli idi. Necə ki, ötən il öhdəliklərinin restrukturizasiyası üzrə məhkəməyə müraciət etdi və kreditorların əksəriyyətinin razılığı ilə borcları dövlətin üzərinə keçdi. Niyə xarici kreditorlara və Neft Fonduna münasibətdə bank belə etdi, amma sıravi əmanətçilərə qarşı belə saymamazlıq edir? Buna cavab olaraq nümayəndə dedi ki, guya mən Neft Fondunun əmanəti haqda fikri deməklə bank sirrini yaydım. Zavallının xəbəri yoxdur ki, bu məlumat bankın saytında var. Yeri gəlmişkən, öhdəliklərin restrukturizasiyası haqda heç bir məlumatı yox idi. Əgər bank əmanət üzrə bunu edə bilərsə, onda banklara xarici valyutada borcu olanlar da eyni qaydada faiz dərəcəsini endirə bilər. Buna görə də əslində Beynəlxalq Bankın bu hərəkəti dövlətə və bank sisteminə qarşı təxribatdır və etimadı sarsıdır. Bankın nümayəndəsinin məsələdən demək olar ki, xəbəri yox idi. Elə hay-həşir salmışdı ki, Əkrəm Həsənov banka düşmən kimi baxır. Zavallı bilmir ki, mən elə bu bankın müştərisiyəm və işin hüquqi tərəflərinə aidiyyəti olmayan məqamlara toxunuram. Bu səpkidə etikik çərçivədən kənar bəzi boş-boş şeylər də dedi. Görünür, qeyri-peşəkarsızlıq və qeyri-etiklik Cahangir Hacıyevin getməsi ilə də bu bankda bitməyib".

Əkrəm Həsənov hesab edir ki, çətin durumda olan məhkəmədir:

"Yalnız ona görə yox ki, qanunsuz qərar verəcək. Bizim hakimlərimizin çoxu üçün bu, yenilik deyil. Problem ondadır ki, axı elə bu məhkəmələrimiz dollar krediti olanlara nə faizdə, nə də başqa məsələdə güzəştə getmir. İndi bu qərarda bankın birtərəfli qaydada faiz dərəcəsini azaltmaq hüququnu tanısa, borcluların əlinə yaxşı nümunə vermiş olacaq. Odur ki, borcluları şad xəbər gözləyir!"/cebheinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4379   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021