Gültəkin Hacıbəylinin dəyəri milyonlarla ölçülən mülkləri - Hektarlarla torpaq, villalar, mənzillər...

Gültəkin Hacıbəylinin dəyəri milyonlarla ölçülən mülkləri - Hektarlarla torpaq, villalar, mənzillər...Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli vaxtilə Milli Məclisin deputatı olarkən yol verdiyi qanunsuzluqlarla növbəti dəfə gündəmə gəlib. Qadın həddindən artıq çox əsəbidir və onun deputat imtiyazlarından istifadə edərək, qanunsuz şəkildə ələ keçirdiyi mülkləri xatırladanları lənətləyir, söyür, təhdid edir...

Görünür, Hacıbəyli xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində quruluşunun dəyişməsi kimi bir proses yaşayır. Bu onun ağılına da təsirsiz ötüşmür. Bunun nəticəsində də deputatlıq dövründə hər addımda təhqir etdiyi, marginal qrupa çevrilmiş müxalifətçilərlə yan-yana dayanıb. Lakin təkcə bu da səbəb deyil. Hacıbəyli deputat imtiyazını itirib, bununla yanaşı, onun gəncliyi də günü-gündən solur. Görünür, bunları anlayan Hacıbəyli məhz bu səbəbdən çox hikkəlidir, narazıdır. Bu səbəbdən də deputat olduğu dönəmdə onun Mehdiabad qəsəbəsindəki "Əlillər" massivindən qanunsuz olaraq 12 sot torpaq sahəsini ələ keçirməsini faktlarla sübuta yetirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlını açıq şəkildə təhdid edir.

Məsələ çox sadədir.

Sonxeber.az avropa.info-ya istinadən xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı facebook səhifəsində Gültəkin Hacıbəylinin deputat olduğu dövrdə Mehdiabad qəsəbəsindəki "Əlillər" massivindən qanunsuz olaraq 12 sot torpaq sahəsini mənimsədiyini yazıb. Özü də Hacibəyli bunu əlil olmaya-olmaya edib. Həmin vaxt Orduxanlı Mehdiabad bələdiyyəsinin sədr müavini olub və adam qanunsuzluqlara şəxsən şahid olub. Hacıbəyli isə əlillərə ayrılan 12 sot torpaq sahəsini ələ keçirməklə kifayətlənmir, deputat imtiyazından qanunsuz şəkildə istifadə edən qadın əldə etdiyi torpağın qonşuluğunda yaşamış 1-ci qrup əlil Vüqar Süleymanovun da ərazisinin bir hissəsini ələ keçirir. Bu gün Milli Şura adlı marginal qrupda oturub səfeh bəyanatlarla gündəmə gələn Hacıbəyli deputat olduğu dövrdə törətdiyi qanunsuzluqları çığır-bağırla, söyüşlə təkzib etməyə çalışsa da, faktlar başqa şey deyir.

Avropa.info saytı çox qısa bir araşdırma nəticəsində Gültəkin Hacıbəylinin qanunsuz yollarla ələ keçirdiyi və dəyəri milyonlarla ölçülən mülklərə sahib olduğunu üzə çıxarıb. İndi sadalayacağımız mülklərin siyahısını görən oxucu Gültəkin Hacıbəylinin məşhur bir iş adamı olduğunu düşünməsin. Hacıbəyli cəmi 5 il deputat olub və bu 5 ildə onun qanunsuz olaraq ələ keçirdiyi mülklərin siyahısı, sadəcə, dodaq uçuqladır. İndi bu qadın 5 il deyil, 15 il deputat olsaydı, nələr edərdi? Çox uzatmadan keçək Hacıbəylinin deputat olduğu dövrdə ələ keçirdiyi mülklərin siyahısına:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa

-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi

-Goradil kəndində 30 sot torpaq sahəsi

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi

-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi

-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil

-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil

-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil

Hələ bu harasıdır? Bu gün "məmur özbaşnalığına, qanunsuzluğa və korrupsiyaya qarşı mübarizənin qadın simvolu"na çevrilməyə iddialı olan Gültəkin Hacıbəyli 5 il deputatı olduğu Goranboy rayonunda qanunsuz olaraq hektarlarla torpaq sahələrini zəbt edib. Hacıbəylinin Göranboyda ələ keçirdiyi torpaq sahələrinə nəzər yetirin:

-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar

-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar

-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar

- Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi

Gültəkin Hacıbəyli bütün bu torpaq sahələrini 5 il deputatı olduğu rayonda yaşayan yerli sakinlərin hüquqlarını pozaraq, qanunsuz şəkildə ələ keçirmişdi. Bu qadın hektarlarla torpağı bu gün guya "müdafiə etdiyini" iddia etdiyi həmin o insanların nalələrinə əhəmiyyət verməyərək zəbt etmişdi. Lakin yaxşı ki, Goranboy sakinlərinin çoxsaylı şikayətləri cavabsız qalmadı və sosial ədalət bərpa olundu.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Gültəkin Hacıbəyli çox hikkəlidir. Bir tərəfdən deputatlıq imtiyazının əldən çıxması, digər tərəfdən geridə qalan gənclik... Bu yandan da Gornaboy sakinlərinin Hacıbəylinin onlara məxsus hektarlarla torpağı mənimsəməsi ilə bağlı çoxsaylı şikayətləri cavabsız qalmayınca və sosial ədalət bərpa olununca, Gültəkin bütün hikkəsi ilə marginal müxalifətin yanına qaçdı. Bəli, Gültəkin Hacıbəylini müxalifətin düşərgəsinə gətirən məhz həmin o sosial ədalətin bərpa olunması idi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2258   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edildi

Microsoft şirkəti yeni kiçik və yüngül süni intellekt modeli Phi-3 Mini-ni təqdim edib. Yeni modelin xüsusiyyətləri böyük marağa səbəb olub. xarici KİV-ə istinadən xəbər verir ki, daha kiçik ölçüsü ilə Phi-3 Mini, GPT-3.5 kimi böyük dil modelləri ilə eyni tutuma malikdir, lakin daha az resurs sərf edir

24 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel