Naxçıvan icra başçısı şahmatçının pulunu vermir

Naxçıvan icra başçısı şahmatçının pulunu vermirŞahmatda pul problemi

Son dövrün iqtisadi problemlərinin ölkə idmanınamənfi təsir etməyi hamıya məlumdur. Vaxtilə idmanın inkişafına böyük vəsaitlər ayrılsa da iqtisadi çətinliklər üzündən hazırda bir çox idman federasiyalarının maliyyələşməsində ciddi çətinliklər var. Güləş, həndbol, qolf və digər federasiyalardan sonra problemlər Azərbaycan Şahmat Federasiyasında da yaşanır.

Sonxeber.az bildirir ki, offsideplus.az mövzunu araşdırmaq üçün Beynəlxalq Qrossmeyster, Əməkdar məşqçi, FIDE hakimi və məşqçisi Azər Mirzəyev ilə söhbətləşib. Azər Mirzəyev Azərbaycan şahmatındakı mövcud durum və ona qarşı olan haqsızlıqlar barədə danışıb. "6 yaşında şahmatla məşğul olmağa başlamışam və bir çox beynəlxalq turnirlərin qalibi, eləcə də 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olmuş, 1998 və2000-ci illərdə Elista və İstanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadalarında iştirak etmişəm. Həmişə ölkəmizdə şahmatın inkişafı üçün əlimdən gələni əsirməməmiş, Azərbaycanı müxtəlif yarışlarda təmsil edib bayrağımızı ucaltmışam."

Naxçıvan sərgüzəştləri

Azər Mirzəyev həmçinin məşqçilik edir, gənc şahmatçıların yetişdirilməsi ilə məşğul olur. O, 2015-2017-ci illərdə Azərbaycan Şahmat Federasiyasının təkidi və Naxçıvan Şahmat Federasiyası prezidenti Vüqar Səfərovun (red. Naxçıvan şəhəri icra başçısı) dəvəti iləCulfa və Naxçıvanda gənc şahmatçıların hazırlığını yüksəltmək üçün məşqçiliyə başlayır. Azər Mirzəyev qeyd edir ki, məşqçilik etdiyi dönəmdə Naxçıvan Şahmat Federasiyası onun əmək haqqı və mənzillə təminatını həyata keçirir, o da öz növbəsində gənclərlə işləyir və nəticələr əldə edirdi.

Ancaq ötən il oktyabr ayında Naxçıvan Şahmat Federasiyasının prezidenti Vüqar Səfərovun adından Azər Mirzəyevəəvvəlcədən heç bir bildiriş olmadan və səbəb göstərilmədən işdən uzaqlaşdırıldığıdeyilir.Azər Mirzəyev təəccübünü gizlədə bilmir. "Orada işlədiyim illərdə çəkdiyim əziyyət yerə vuruldu. Bu azmış kimi mənim halal zəhmətimin haqqı ödənilməyib və qaldığım evə görə son 6 ayın kirayəsini də ev sahibinə verməyiblər. İnanın, mənə ödənilməli maaş əslində çox kiçikdir. Ancaq mənim üçün vacibdir, çünki bu mənim zəhmət haqqımdır. Mənə verilməyən maaş isə Naxçıvan Şahmat Federasiyasının prezidenti Vüqar Səfərov üçün mikroskopik rəqəmdir, ona görə də onların mənə olan borcunu söyləməyə belə utanıram. Ancaq onlar pulumu vermədiklərinə görə utanmırlar".

Azər Mirzəyev qeyd edir ki, şahmatçının maaşını verməmək Naxçıvan Şahmat Federasiyasının adətinə çevrilib. "İki il öncə böyük nailiyyətlər qazanan beynəlxalq dərəcəli idman ustası, FIDEməşqçisi İlqar Bacaranini də əmək haqqı ödənilmədən işdən uzaqlaşdırmışdı. Görünür bu metodlar federasiyanın dəsti xəttidir".

Şahmatçı Naxçıvan Şahmat Federasiyasının səbatsız fəaliyyəti sayəsində ölkə idmanının perspektivli gəncləri itirdiyini deyir. "Muxtar Respublikanın ən güclü məşqçisi, Beynəlxalq dərəcəli idman ustası Talıb Babayev, şahmatdan uzaqlaşdırılıb və hazırda Türkiyədə dərs deyir. Yəni mən haqsızlıqla üzləşən ilk və sonuncu şahmatçı deyiləm. Bu özbaşınalıq barəsində cənab Vasif Talıbova məktub da göndərmişəm. Ancaq mənə rəsmi cavab verilməyib".

Azərbaycan Şahmat Federasiyasının etinasızlığı

İllərini şahmata həsr edən beynəlxalq qrossmeyster Azər Mirzəyev baş verənlərlə bağlı Azərbaycan Şahmat Federasiyasını məlumatlandırdığını söyləyir. "Bakıda problemin həlli üçün heç əlini belə tərpədən olmadı.Dəfələrlə müraciətlərimə baxmayaraq heç nəyə nail ola bilmədim".

Azər Mirzəyev ölkədə idmana olan qayğının yüksək səviyyədə olduğunu qeyd edərək, ölkə prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevanın xidmətlərini, idmançılara göstərilən qayğını qeydedir. "Mehriban xanım Əliyeva daima hamının qayğısına qalıb. Ancaq bəzi funksionerlər deyəsən ölkədə aparılan idman siyasətindən xəbərsizdirlər. Mən o şahmatçıyam ki, Heydər Əliyev Fondu və AMAR Beynəlxalq Xeyriyyə Fondunun 2017-ci ildə İraqda müharibədən əziyyət çəkən qaçqın gənclər üçün təşkil olunan turnirdə Azərbaycanı təmsil etmişəm və Mehriban xanım AMAR Fondunun rəhbəri, baronessa Emma Nikolsonu qəbul edərkən bu barədə danışmışdır.

Təbiətcə mülayim və konfliksiz insan kimi tanınan beynəlxalq qrossmeyster 16 ildir susduğunu, amma Azərbaycan Şahmat Federasiyası tərəfindən həmişə haqsızlıq və ayrı seçkiliyə məruz qaldığını və bu münasibətinonu və bir çox şahmatçıları boğaza yığdığını söyləyir.

Şahmatçı yarışlara cibindən pul xərcləyərək gedirmiş

"2012-ci ildən bəri mən federasiya hesabına bir beynəlxalq turnirdə belə iştirak etməmişəm. Amma şahmatdan uzaq adamlara xaricə ezamiyyətlər ödənilir, mükafatlandılırlar,mötəbər tədbirlərə dəvət alırlar.Uzun illərdir ölkəmizi beynəlxalq arenada öz hesabıma təmsil edirəm. Məni dolayı yollarla başa salırlar ki,hər hansı kömək yalnız gənc şahmatçılara ola bilər. Amma heç gənc şahmatçılarada köməklik göstərilmir.Maraqlıdır, gənc ikən nəticələrim olanda mən haqda deyirdilər ki,gəncdir,təcrübəsizdir və s. İndi isə tam əksini.Bəhanə axı həmişə tapmaq olar.Belə bir təəssürat yaranır ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov şahmatla hec maraqlanmır.Ancaqmən yenə də ümid edirəm ki, mənim xidmətlərim Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Şahmat Federasiyası tərəfindən nəzərə alınacaq və onlar mənə olan borclarını verəcəklər."

Offsideplus.az məsələni daha dərindən araşdıraraq mövzuya bir daha qayıdacaqdır.

Ardıvar…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1738   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021