Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"

Türkiyənin opera sənətinin tanınmış simalarından biri olan Oya Ergünün Publika.az-a müsahibəsi:

- Nə zaman anladınız ki, opera sənətçisi olmalısınız? Opera ilə ilk tanışlığınızı xatırlayırsınız?

- Uşaq yaşlarında rəfiqəmin anket dəftərində "Böyüyəndə nə olmaq istəyirsiniz?" sualına opera sənətçisi olmaq istədiyimi yazmışam. Taleyin bu təsadüfü mənim özüm üçün də həmişə maraqlı olub. Oxumağı və yazmağı yeni-yeni öyrənməyə başlamışdım, onda 6 yaşım olar, ya olmazdı.

- 6 yaşlı uşaq operanın nə olduğunu bilirdi?

- Bazar günləri kanallarda opera sənətçilərinin konsert proqramları yayımlanırdı. Bu verilişlərdə operalarda romanslar və ariyalar verirdilər. Denni Keyin uşaqlara operanı sevdirən verilişlərini izləmişdim. Türkiyənin sevilən opera müğənnisi Suna Koratı da çox bəyənirdim, onun ifaları mənə güclü təsir bağışlayırdı.

- Opera sənətçisi olmaq yolunda qarşılaşdığınız maneələr nələr olub?

- Ən böyük maneə o idi ki, vaxtında bu işin təhsilini ala bilmədim. Atamın işindən dolayı Türkiyədə, Anadolunun müxtəlif bölgələrinə gedib-gəlirdik. O bölgələrdə vokal müəllimi tapmaq asan deyildi.

Ali təhsilimi əvvəlcə İstanbulda, daha sonra Hollandiyada almışam. Uzun illər Hollandiyada yaşamışam, orada sənətçi kimi fəaliyyətimi indi də davam etdirirəm.

- Oya xanım, bir çox ölkələri gəzib görən, hətta bir müddət Avropada yaşayan sənətçi kimi fikrinizi bilmək maraqlı olardı. Sizcə, Azərbaycan başqa ölkələrdən nə ilə fərqlənir? Sizi buraya bağlayan nə oldu?

- Azərbaycan mədəniyyəti və incəsənəti zəngindir. Burada istedadlı insanların genetikasında yaradıcılıq ruhu çox yüksəkdir. Bu baxımdan ölkəniz fərqlənir. Azərbaycan mənə bir çox cəhətdən yaxşı təsir bağışladı. İntellektimin, mədəniyyətimin burada inkişaf etdiyini hiss edirəm. Şərq ölkəsində klassik musiqinin inkişaf etdiyini görmək mənə sevinc gətirir.

- Xarici səhnələrdə çıxış etmək bir çox ifaçıların ən böyük arzusudur. Siz isə Hollandiyadan Azərbaycana gəldiniz. Burada öz sənətinizi inkişaf etdirə bilirsiniz?

- Düzünü demək lazımdırsa, yad sənətçinin burada böyük səhnələrə çıxması asan deyil, böyük əmək sərf etməlisən. Orkestr öz qapılarını üzünüzə açıb sizi dərhal qəbul etmir. Yerli ifaçılar da istədikləri konsertləri verə bilmir, o cümlədən mən də.

- Opera və Balet Teatrının səhnəsində çıxış etmək istəyərsiniz?

- Səs tembrimə uyğun operalar olarsa, böyük məmnuniyyətlə razılaşaram.

- Opera ifaçısısınız və ciddi sənəti təmsil edirsiniz. Keyfiyyətli musiqidən daha çox şounun təbliğ olunduğu bir vaxtda imicinizi qoruyub saxlamaq çətin deyil ki?

- İmic dedikdə nəyi nəzərdə tutduğunuzu bilirəm, lakin hesab edirəm ki, insan nədirsə, o olmalıdır. İmic sadəcə başqalarının gözündə yaratdığımız anlayışdır. Musiqiçinin başlıca vəzifəsi odur ki, öz işini keyfiyyətli şəkildə təqdim etsin.

Sadəcə opera ilə məşğul olmuram, həm də klassik vokal ifaçısıyam. Opera oxuyanlar haqqında elə təəssürat yaranıb ki, onlar başqa janrda ifa edə bilməz. Halbuki, biz də müğənniyik və səsimiz icazə verir ki, hər cür mahnını oxuyaq. İfamızın aldığımız təhsillə düz mütənasib olması gərəkdir. Orkestr zəngin və çox səsli olarsa, ifa da gözəl alınır. Bu zaman səsi yüksək səviyyədə nümayiş etdirmək olur.

- Repertuarınızda köhnə mahnılar, ariyalar, romanslar, klassik musiqilər üstünlük təşkil edir. Bu, o deməkdir ki, köhnə mahnılar daha çox tələb olunur?

- Həm xalq mahnılarını, həm klassik, həm türk-sənət musiqisini, həm də gözəl olan bütün sənət əsərlərinə eyni dərəcədə maraq göstərirəm. Yeni yazılan mahnılar da səsləndirirəm. Səs tonuma uyğun mahnı bəstələyən müəlliflərlə də çalışmaqdan zövq alıram.

- Səsinizin gücünü nə zaman kəşf etdiniz? Yaşa dolduqca müğənninin səsi güclənir, zəifləyir, yoxsa dəyişməz olaraq qalır?

- Gözəl səsim olduğunu uşaqlıqda həmişə başqalarından eşidərdim. Orta məktəbdə gözəl mahnı oxuyanlardan biri mən idim. Sinifdə hamımız mahnı oxuyurduq, amma müəllim bir-iki nəfəri seçirdi. Mən seçilənlərdən idim. İnanıram ki, hər səs gözəldir, amma hər kəs müğənni ola bilməz.

Yaşa dolduqca səsdə dəyişikliklər mütləq şəkildə özünü göstərir, səsin hər yaşda ayrı gözəlliyi və bacarığı olur. Bəlli bir yaşdan sonra repertuarı dəyişdirmək lazımdır. Məsələn, 19-20 yaşlarında oxuya bilmədiyim əsərləri indi çox rahatlıqla ifa edə bilirəm. Çünki səs əzələləri və gücü genişlənmiş vəziyyətədir. Luçano Pavarottinin 70 yaşında minlərlə insan üçün parkda verdiyi konsertləri yəqin ki, izləmisiniz. Görərsiniz ki, o, səsinin gücünü itirməyib. Çünki düzgün texnikalardan istifadə edir. Düzgün texnikadan istifadə etdiyiniz zaman səsinizin ömrü balerinalar kimi qısa olmur. Bu baxımdan özümü şanslı hesab edirəm.

- Müğənnilərin çoxu siqaret də çəkir, içki də içir. Bütün bunlar səsə zərər verir?

- Əlbəttə ki, siqaret və alkoqol səsə qorxunc dərəcədə zərər verir. Bundan başqa gec yatmaq, axşam gecə saatlarında yemək də səs tellərinə mənfi təsir edir. İdmançıların öz bədəninə qulluq etdiyi kimi müğənnilər də səslərini qorumalıdır.

- Ölkəmizdə opera auditoriyasını necə dəyərləndirirsiniz?

- Dünyanın hər yerində opera dinləyən insanlar azdır, kütləvi deyil. Opera çox özəl sənətdir, onu sevmək üçün ya onunla böyüməlisən, ya da tez-tez dinləməlisən. Mən özüm opera müğənnisi olsam da, operanı çox az dinləyirəm. Azərbaycanda da, Türkiyədə də opera sevən və dinləyən azdır.

Azərbaycan operası Türkiyə opera sənətindən də əvvəl qurulub. Opera sənətinin bundan da gözəl yerlərə çatacağına və səsinizin yüksəklərdən gələcəyinə inanıram.

- Azərbaycan musiqisinə, opera sənətinə sevgi sizdə necə yarandı?

- Bu, mənim uşaqlığımdan qaynaqlanır. Rəşid Behbudovun səsini eşidəndə 10 yaşım vardı. İlk dəfə radioda onun səsi ilə bir neçə Azərbaycan mahnısını dinləmişəm. O vaxtdan mən Rəşid Behbudovun səsinə, onun musiqilərinə heyran olmuşdum. Radioda eşitdiyim mahnıların adlarını dəftərçəmə qeyd edirdim. Uşaqlıqdan bəri radio dinləyirəm. Ta o vaxtdan radioda eşitdiyim ən gözəl mahnıları qeyd edərdim. Musiqi sənəti ilə məşğul olmağa başladıqdan sonra məndə onun yaradıcılığına maraq daha da artdı. Türkiyədə də Rəşid Behbudovun adını çox eşitmişdim. Ancaq Avropada onun adını eşitməz oldum. Və bu, mənə çox qəribə gəlirdi. Orada deyirdim ki, necə ola bilər ki, siz Rəşid Behbudovu tanımırsınız? Biz Azərbaycanla qardaş ölkəyik. Müxtəlif dillərdə mahnılar ifa etmişəm. Hesab edirəm ki, musiqi bölünməzdir. Musiqinin vətəni yoxdur. Musiqiçi öz torpağından çox bəhrələnir. Mən Rəşid Behbudovun səsində özgəlik hiss etmirəm. Hesab edirəm ki, bu, mənim öz doğma musiqimdir. Onun mahnıları mənə çox yaxındır.

- Azərbaycanlı həmkarlarınızın sizə münasibəti necədir? Sizi burada necə qarşıladılar? Qısqanclıq hiss etdinizmi?

- Hər peşədə qısqanclıq var, paxıllıq insanın təbiətindədir. Rəqabətin prinsiplərinə qarşıyam, mənim üçün rəqabətlə savaşın prinsipləri eynidir. Səhnədə sırf mənim mahnım səslənsin deyə, başqasının gözəl ifasını susdururamsa, cinayət işləmiş oluram. Evdə verdiyim konsertlərə başqa sənətçilərə də həmişə yer vermişəm.

- Sənətçi kimi şıltaqlığınız varmı? Onlar nə zaman üzə çıxır?

- Müşayiətçilərim və musiqiçi ansamblım şıltaq olduğumu deyirlər. Yüksək tələbləri olan insan deyiləm. Şıltaqlığı həmişə özümə edirəm. Əslində sənətçinin şıltaq olması göstərməsi təbii haldır. Səhnədən öncə həyəcanlı olursan, tək qalmağa ehtiyac duyursan. Çünki istəmirsən ki, səhnəyə çıxmazdan əvvəl enerjini başqasına xərcləyəsən, çalışırsan ki, bütün diqqətini repertuarına yönəldəsən. Başqaları gəlib səni narahat edir, enerjini çəkir. Belə anlarda yanında səni başa düşən bir köməkçin olmalıdır. Uzun illər Avropada təhsil almışam. Aldığım təhsil mənə öyrətdi ki, şıltaqlıq heç bir işə yaramır. Şıltaqlığı öldürüb özünlə qalmağı bacarmalısan.

- Yaradıcı şəxsin konsertdən əvvəl tək qalması şərtdir?

- Bəli, öz düşüncələrinlə baş-başa qalmaq vacibdir. Evdə verdiyim konsertlərdə belə qonaqlar gəlib yığılana qədər otaqda qapalı qalıram.

- Musiqisiz həyat səhv olardı. O, bizi ilahi qüvvələrin olduğuna inandırır. Sənətiniz sizdə hansı duyğular oyadır?

- Dünyaya 80 milyon dəfə də gəlsəm, nəğməsiz həyat təsəvvür etmirəm. Ən mükəmməl filmlərdə belə mahnılar verilir. Filmlərdə mahnı istifadə edilməsə, ssenari mənasını itirər. Yaxud da səhv seçilmiş musiqi filmin keyfiyyətini aşağı salır.

Hər insanın öz musiqisinin olduğuna inanıram. Doğulanda da körpələr fərqli tonlarında ağlayır. Odur ki, hər kəsin musiqiyə ehtiyacı var. Musiqi ilə siz bütün sərhədləri aşırsınız.

- Beynəlxalq səhnə opera müğənnisinin həyatında hansı rolu oynayır?

- Beynəlxalq səhnələr bizim yuvamızdır.Məsələn,Azərbaycan mahnılarıİsveçdə ifa edilsə, İsveç xalqı eyni dərəcədə təsirlənəcək. Və ya İsveç mahnısını Azərbaycanda oxusanız, bu, çoxlarının qəlbinə yol tapacaq. Demək ki, musiqinin sərhədləri yoxdur.

Musiqi təhsilimi Hollandiyada almışam, uzun illər orada yaşamışam. Həm işlədim, həm də oxudum. Operalarda baş rollar almaq imkanım oldu. Hollandiyada, eyni zamanda Almaniyada, İsveçrədə, Fransada, İtaliyada və bir çox başqa Avropa ölkələrində çoxlu konsertlər verdim. Son illərdə Amerikada da konsert vermək imkanım oldu.

- Operanı hansı dildə səsləndirməyi sevirsiniz? Dilin əhəmiyyəti varmı?

- Ən çox italyan və almanca ifa edirəm. Dilin böyük əhəmiyyəti var. Çünki mahnı oxuyarkən hər dil fərqli duyulur. Düşünürəm ki, italyan dili opera üçün ən münasib dildir. Ümumiyyətlə, opera müğənniləri çox dil öyrənmək məcburiyyətindədir.

- Həyat yoldaşınız Hakan Tanrıverdi tanınmış ginekoloqlardan biridir. Sizcə, həkimin həyat yoldaşı olmaq çətindir, ya müğənninin?

- Sənətçinin! Çox şükür ki, bir-birimizi yaxşı başa düşdüyümüz üçün evliliyimiz uzun müddətdir davam edir.

- Azərbaycanlı gənclərin "O Səs Türkiyə" müsabiqəsində iştirak etməsinə necə baxırsınız?

- Bu, Türkiyənin əhali sayı ilə bağlıdır. Azərbaycanda məşhurlaşmaq o deməkdir ki, sizi sadəcə İstanbulda olan əhali sayı qədər adam tanıyacaq. Türkiyədə verilişə çıxmaq isə o deməkdir ki, sizə 80 milyon insan baxacaq. Nə qədər tanınırsansa, sənin üçün karyera qurmaq bir o qədər asan olacaq. Daha böyük səhnələrdə çıxış etmək şansın artacaq.

"O Səs Türkiyə" mənim üçün sadəcə şou verilişidir, onu bəyənmirəm.

- Münsiflər heyəti qalib gələn iştirakçılara yetəri qədər dəstək ola bilir?

- Adətən siyasət və qalmaqallı mövzulara girmirəm. Lakin qeyd etməliyəm ki, vokal müəllimi olmaq üçün əvvəlcə məktəb, sonra Amsterdamda konservatoriya, daha sonra müəllim ola bilmək üçün magistratura bitirmişəm. Bundan əlavə tələbələrə illərlə dərs vermişəm. Dərsimi hər həftə müəllimlər kamera ilə izləyirdi. Tələbələrə verdiyim dərslər peşəkarlar tərəfindən illərlə tənqid olunduqdan sonra nəhayət ki, vokal müəllimi ola bildim.

Vokal müəllimi olmaq, müğənnilikdən daha çətindir, bunun üçün ömrünü sərf etməlisən. "O Səs Türkiyə"də heç bir münsif vokal müəllimi deyil. Və vokal müəllimi olmayan birinin gəlib iştirakçılara gərəksiz irad bildirməsi mənə sadəcə şou və komediya kimi görünür. Bununla belə o yarışmaya qatılan insanları qətiyyən qınamıram. Çünki onlar bir çıxış yolu tapmağa çalışır. İfaçılar o yarışmanı karyera qurmaq üçün bir pillə olaraq görür.

"O Səs Türkiyə"yə gedən iştirakçıların çoxunun səsi münsiflərin səsindən qat-qat gözəl olur. Məsələn, İlham Nəzərov mükəmməl opera ifaçısıdır, dünya səhnələrində çıxış etməyə layiq olan müğənnidir. Ancaq "O Səs Türkiyə"də məğlub oldu.

- "O Səs Türkiyə"də münsif kürsüsündə əyləşən müğənnilərin səslərini bəyənirsiniz?

- Hamısını tanımıram, tələbələrimdən bir neçəsi verilişdə iştirak etdiyi üçün məcburən izlədim və heç birinin səsini yetərli qədər güclü hesab etmədim.

- Bildiyim qədəriylə Hollandiyada yaşadığınız illərdə immiqrant qadınların haqlarının qorunması ilə mübarizə aparmısıınız. Qarşıdan 8 Mart Beynəlxalq qadınlar günü gəlir. İstərdim ki, söhbətimizi qadın haqlarının qorunması mövzusunda davam etdirək. Hollandiyada bu sahədə olan fəaliyyətiniz ərzində təhlükələrlə üz-üzə qalmsınız?

- Hollandiyada "Səbrin göz yaşları" adlı vəqfim var idi. Qadınlarla birlikdə saysız dərəcədə layihələr həyata keçirmişik. Bu layihələr çərçivəsində haqlarını qoruduğumuz xanımların həyat yoldaşları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalmışıq. Şiddət görmüş qadınlara xidmət göstərəndə yanlış anlaşılmalarla üzləşmişik. Onları başqa cür istifadə etmək media mənsublarıyla vuruşmaq məcburiyyətində qalırdıq, hətta bir çox kişilər bizi "kişi düşməni" adlandırmışdı. Haqqımızda ağır ifadələr yazanlar olurdu.

- Kişiləri ən çox nə narahat edirdi?

- Xanımlarının birdən-birə azadfikirli olması onları hiddətləndirirdi. Məsələn, anlamırdılar ki, qadın bu gün günorta yemək bişirmək istəməyə bilər. Bu, onun ən təbii haqqıdır. Bir işin ortaq şəkildə görülməsi ilə bütün öhdəliklərin qadının üzərinə atılması tamamilə fərqlidir.

- Sizcə, bu gün qadınlar hansı haqlardan məhrumdur?

- Hər şey evin içindən ərin xanımına necə davranmasından başlayır. Qadın hökmran əri tərəfindən bir çox hüquqlardan məhrum edilir, saat 5-dən sonra küçəyə çıxmaq qadağan olunur. Yüz illərdir ki, bir çox şərq ölkələrində bu, belə də davam edir. Təəssüf ki, bunu təbii qəbul edən qadınlar da var. Bu cür halların qarşısını almaq üçün ilk növbədə analar qız və oğlunu bərabərhüquqlu böyütməlidir, onlar arasında məntiqsiz ayrı seçkiliyə yol verməməlidir.

- Qadınların istəyib, amma əldə edə bilmədiyi nələrdir?

- Hesab edirəm ki, qadına qarşı ən böyük haqsızlıq özünü müstəqil şəkildə ifadə etməsinə mane olmaqdır.

- Müasir qadınların bu gün ən böyük ehtiyacı nədir?

- Onlar ən çox başa düşülməyə ehtiyac duyur.

- Sizcə, həyat yoldaşının müstəqillik verdiyi və sərbəst yaşayan qərb qadını, yoxsa mühafizəkar həyat yoldaşı tərəfindən daim nəzarətdə saxlanılan şərq qadını daha xoşbəxtdir? Bəlkə də hər işdə demokratik azadlıqları olan amerikalı xanımlar?

- Bir insan azad deyilsə, deməli, kölədir. Azad olmayan heç bir insanın həqiqi mənada xoşbəxt olacağına və ailə səadətini dada biləcəyinə inanmıram. Dolayısı ilə qərb qadını daha xoşbəxtdir.

- Sizcə, qadına qarşı şiddət nədən qaynaqlanır?

- Sevgisizlikdən! Hadisəyə sosioloji tərəfdən baxsaq görərik ki, hökmranlıq kişilərin bütün gücü öz əllərində saxlamaq istəməməsindən qaynaqlanır.

- Qadın haqlarının müdafiəsi ilə bağlı gələcək planlarınız nələrdir?

- Hazırda uşaq haqları ilə daha aktiv maraqlanıram, bu yöndə layihələr həyata keçirməyi planlaşdırıram. Özüm də xanım olduğum üçün 8 Mart ərəfəsində verəcəyim konsertlə qadınlarımızı sevindirəcəm. 6 ildir ki, Azərbaycanda yaşayıram. Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində mütləq qadınlarımız üçün konsert proqramı ilə çıxış edirəm. Martın 5-də Rəşid Behbudov adına mahnı teatrında, 12-də isə özəl olaraq evimdə konsert verəcəyəm.

- Bir neçə dəfə evinizdə konsert vermisiniz. Qonşular şikayət etmir ki?

- Qətiyyən, çox şanslıyam, onları da dəvət edirəm. Ümumiyyətlə, ev konsertlərini sevirəm.

- Böyük səhnədə çıxış etmək, yoxsa evdə konsert vermək daha gözəldir?

- Fərqi yoxdur, ağzımı açıb mahnı oxumağa başladığım an o yer mənim üçün səhnə olur. Odur ki, evdə konsert vermək ayrı bir zövqdür. Çoxlarına qəribə gələ bilər, amma bu, adi haldır. Sadəcə Azərbaycanda çox adət edilməyib ki, müğənnilər evdə konsert versinlər. Avropada çoxdan qəbul olunub.

- Oya xanım, müsahibə üçün minnətdaram.

- Təşəkkür edirəm.
Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"Bakıda yaşayan məşhur türk sənətçisi: "O Səs Türkiyə"də iştirakçıların səsi münsiflərdən qat-qat gözəldir"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2445   Tarix: 22 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021