AzTV sədri Arif Alışanova sui-qəsd

AzTV sədri Arif Alışanova sui-qəsdAzərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qocalı Cəbiyevə dövlət tərəfindən vəkil təyin edildiyi bildirilib, amma o, vəkil istəmədiyini deyib: "Mənə vəkil lazım deyil".

Hakim qeyd edib ki, vəkil təyinatı qanunvericiliyə uyğun təyin edilir və məcburidir.

Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəməsi barədə vəsatət verib. Məhkəmə onun vaxt istəməsi barədə vəsatətini təmin etməyib.

Prosesdə zərərçəkmiş Arif Alışanov iştirak etməyib.

Proses martın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri Arif Alışanova qarşı sui-qəsd hazırlayıblar. Lakin niyyətlərini başa çatdıra bilməyiblər.

Şücayət Məmmədov Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1458   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. "Qafqazinfo" həmin baş leytenantın fotosunu təqdim edib:

11 aprel
.

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. "Report"un Aran bürosunun məlimatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib. Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb

14 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

Bakıda motosiklet sürücüsü ağaca çırpılıb. APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi "Yamaha R15" markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb

13 aprel
.

Kürdə batan ata və qızın yaxınları danışdılar: "Uşaq əlindən çıxıb düşüb suya..." - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər. İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

13 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Ağdamda mina partlayışı olub: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

"İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır". "Report" xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib. "Xəstə daxil olarkən diaqnoz

12 aprel
.

Azərbaycanda FACİƏ: Ata və 6 yaşlı qızı Kür çayında batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb. -a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisind

12 aprel