Bu sürücülər 150 manatdan 1000 manata qədər cərimələnəcəklər

Bu sürücülər 150 manatdan 1000 manata qədər cərimələnəcəklərMilli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlitəqdim edib.

O bildirib ki, Məcəlləyə yeni - 326-1 ((Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi) maddəsi əlavə edilir.

Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni:

1. taxoqraf olmadan yerinə yetirilməsinə,

2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə,

3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə,

4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə,

5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə fiziki şəxslər 150 manat məbləğdə, vəzifəli şəxslər 500 manat məbləğdə, hüquqi şəxslər 1000 manat məbləğdə cərimə edilir.

Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə isə əlli manat məbləğində cərimə nəzərdə tutulur.

Məcəllənin 342.1.10-cu (Beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir) maddəsi ləğv edilib. Bundan başqa, məcəllənin 322.0.2-ci ("Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir) maddəsinə də dəyişiklik edilib. Belə ki, maddədə "olmadan" sözündən sonra ", habelə nasaz və ya plombası pozulmuş taksometrlə" sözləri əlavə edilib.

Layihədə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur.

Bu maddədə yalnız beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur.

Təqdim edilən layihəyə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2214   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart