"Leyla Şıxlinskaya" klinikasının sabiq həkimi danışdı: "Maaşı konvertdə alırdım"

"Leyla Şıxlinskaya" klinikasının sabiq həkimi danışdı: "Maaşı konvertdə alırdım"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az "Report"-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində klinikada kordioloq işləyən Məlahət Əsgərzadə ifadə verib.

O bildirib ki, maaşı kartla deyil, kassadan əllə alıb.

Digər şahid Lalə Həsənova isə qeyd edib ki, klinikada göz həkimi işləyir. O, istintaqa verdiyi ifadəni təsdiq etdiyini, pulu konvertdə kassadan aldığını deyib.

Digər şahidlər olmadığına görə məhkəmədə fasilə elan olunub.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2290   Tarix: 23 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel