Baş Dövlət Yol Polisi işçisinin nömrə biznesi - VİDEO
Ötən günlərdə xəbər vermişdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun təkcə restoran deyil, həmçinin dövlət nömrə nişanları biznesi də var.
Sonxeber.az bildirir ki, jam.az-a daxil olmuş məlumatlarda qeyd olunurdu ki, şöbə rəisinin Lənkərandakı "Xəzər Palase" istirahət mərkəzi ilə yanaşı, həm də Bakıda "Neon" adlı restoranı da mövcuddur.
Qeyd edək ki, Rəhimovun əsas gəlir yeri nömrə satışındandır. Avtomobillər üçün nəzərdə tutulmuş bu nişanların dövlət rüsumu 18 manatdan baha deyil. Amma elə bir vətəndaş olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın. Jam.az-ın bununla bağlı apardığı araşdırmalar zamanı üzə çıxan məqamlar isə kifayət qədər maraqlıdır.
İlkin araşdırmalar zamanı məlum olub ki, Müşfiq Rəhimovun ixtiyarında olan 10, 90 və 99-la başlayan dövlət nömrə nişanları böyük gəlir mənbəyidir. Belə ki, şöbə rəisi cüt rəqəmli və hərfli nömrələrə xüsusi qiymət qoyub. Məsələn, 10 NN 555 nömrəsinin qiyməti 3000 manatdır. Bu qiymətlər hərflər üzrə dəyişir. Tutaq ki, 10 CC 555 nömrəsinə sahib olmaq istəyən şəxs bunun üçün şöbədə ən azı 4-5 min manat xərcə düşməlidir.
Müşfiq Rəhimovun ən çox qazanc götürdüyü dövlət nömrə nişanları isə 99 ZZ (TT) 999-dur. Məlumatlara görə, bu nömrələrin qiyməti 200-230 min manat arasında dəyişir. Həmin nömrələri hər kəsin almaq imkanı olmasa da, varlı adamları özünün daimi müştərisinə çevirmiş şöbə rəisi rahatlıqla böyük qazanclar əldə edə bilir.
Düzdür, Müşfiq Rəhimovun "cibxərcliyi"ni çıxaran işlər də var. Məsələn, 90 SS 999 və ya sonuncu rəqəmləri 044, 033, 022 və sairələ başlayan dövlət nömrə nişanlarının da qiymətləri ucuz sayılmır. Onlar üçün nəzərdə tutulmuş məbləğ 1000 manatdan başlayır.
Qeyd edək ki, cüt nömrə məsələsi ilə bağlı hələ bir xeyli əvvəl qalmaqal yaşanmışdı. Həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verərək bildirmişdi ki, dövlət rüsumlarında heç bir dəyişiklik olmayıb və nömrə alveri edənlərin kimliyi müəyyənləşərsə, cəzalandırılacaq. Lakin həmin vaxt adı daha çox hallanan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiş Rəhimovla bağlı hər hansı bir tədbir görülmədi. Və bunun da sonradan müəyyən səbəbləri üzə çıxdı. Hətta Rəhimov ən yaxınlarının yanında böyük bir iddiada bulunub. Həmin iddiası isə ölkənin önəmli fiqurlarından biri haqqında olub və ortaya çıxacağı təqdirdə böyük qalmaqala səbəb ola bilər. Bununla bağlı yaxın günlərdə geniş məlumat verəcəyik.
Jam.az-ın əldə etdiyi bilgilərdə vurğulanır ki, Müşfiq Rəhimovun sürücülük vəsiqəsi biznesi də var. Ki, bu, artıq cəmiyyətdə geniş yayılmış bir informasiyadır və mahiyyəti də bəllidir. Hazırda Rəhimovun nəzarətində olan şöbədən sürücülük vəsiqəsi almaq istəyənin mütləq 1000 manatı olmalıdır.
Aydın məsələdir ki, nömrə alış-verişindən tutmuş, sürücülük vəsiqəsi əldə etməyə qədər heç bir işdə Rəhimov birbaşa iştirak etmir. O, otağının qarşısında quraşdırdığı kamera vasitəsi ilə əsas müştəriləri ilə təsadüfiləri bir birindən ayırır. Və tanımadığı adam olarsa, onu köməkçisi Aydının üzərinə yönləndirir. Aydın adlı həmin şəxs isə sözün həqiqi mənasında çox peşəkar bir dəllaldır və onun "müştəri"dən nəsə qoparmaması mümkün deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO