Ağdamlılardan Bakı toyunda dəhşətli əməl

Ağdamlılardan Bakı toyunda dəhşətli əməlAbşeron rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam şəhər sakini, 1990-cı il təvəllüdlü Nicat Baxışov və Təhmasib Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Nicat Baxışov 22 sentyabr 2015-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən "Nərgiz" şadlıq sarayında Söhbət İslamovun toy mərasiminə dəvət olunmuş Ramin İbrahimov, Elşən Dərgahov və digər qonaqlar zalda rəqs edib.

Toyda dava

Bu zaman toy sahibinin qohumu Təhmasib Qəhrəmanov rəqs edənlərin musiqisini kəsib və toyda fasilə verib. Bundan sonra Nicat Baxışov məclisi tərk edib və saat 21.30-da şadlıq sarayının qarşısında dayanaraq toyda baş verənləri müzakirə etdikləri vaxt Təhmasib Qəhrəmanov Elşən Dərgahovu qəflətən yumruqla vurub.

Bu səbəbdən onların aralarında dava düşüb. Spirtli içki qəbul edərək sərxoş vəziyyətdə kənarda dayanmış Nicat Baxışov dostu Elşən Dərgahovun digər şəxslər tərəfindən döyüləcəyi ehtimalını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan hadisəyə müdaxilə edib.

Nicat Baxışov onları sakitləşdirməyə cəhd edən Elnur Qəhrəmanova və Buksay Zərbəliyevə zor tətbiq edib, bıçaqla Elnur Qəhrəmanova bir dəfə zərbə endirib. O, sonra Buksay Zərbəliyevə qəsdən bir dəfə bıçaqla vurub.

Cinayət işi: 3 maddə

İstintaq orqanı tərəfindən Nicat Baxışova Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. Digər təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunub.

"Sərxoş olduğum üçün nə etdiyimi bilmədim"

Təqsirləndirilən şəxs qismində ifadə verən Nicat Baxışov bildirib ki, sentyabrın 22-də dostu Elşən Dərgahov və Pərviz Məmmədovla birlikdə digər dostları olan Söhbət İslamovun Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki "Nərgiz" şadlıq sarayında təşkil olunmuş toy məclisində iştirak edib: "Toyda xeyli miqdarda araq içərək sərxoş oldum. Saat 21 radələrində məclisdən çıxdıq. Şadlıq sarayının qarşısında dayanaraq söhbət edərdik. Bu zaman Elşənlə Söhbətin qohumları arasında dalaşma düşdüyünü, Elşənin üzünün qana bulaşdığını və döyülmüş olduğunu gördüm. Sərxoş olduğum üçün nə etdiyimi bilməyərək üzərimdə gəzdirdiyim bıçağı çıxardaraq Elşənlə dalaşanların üstünə getdim. Onlardan iki nəfərin, adlarını sonradan bildiyim Elnurun qarın nahiyəsindən, Buksayın isə kürək nahiyəsindən vurdum. Sonra tanımadığım şəxslər Elşəni Pərvizin avtomaşınına oturtdu, birlikdə hadisə yerindən getdik. Bu zaman Elnuru və Buksayı vurduğum bıçağı hadisə yerindən bir qədər aralıda, fərdi yaşayış evinin hasarının qarşısına atdım".

"Anamla, bacımla rəqs etməyə başladı"

Digər təqsirləndirilən Təhmasib Qəhrəmanov qeyd edib ki, sentyabrın 22-də Aşağı Güzdək qəsəbəsində yerləşən "Nərgiz" şadlıq sarayında xalası oğlu Söhbətin toy məclisində anası, qardaşları Elnur və Sənyar, digər qohumları, o, cümlədən dayıları, xalaları, eləcə də, Söhbətin qonşuları və dostları da iştirak ediblər: "Məclis əvvəlcə sakit şəraitdə, öz ahəngində davam edirdi. Təxminən axşam saat 8-9 arası anam, bacılarım, xalalarım, onların gəlinləri rəqs edərkən Söhbətin qonşularından olan bir nəfər onlarla rəqs etməyə başladı".

"Bəyin dostlarına şərait yaratdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, xalası oğlu Cambul həmin oğlana yaxınlaşaraq qadınların arasından çıxmasını xahiş etsə də, o buna əhəmiyyət verməyib və rəqs etməyə davam edib: "Bu zaman Cambul təkrarən həmin oğlana yaxınlaşdı və qoluna girərək arxasınca foyeyə tərəf apardı. Elnur və bir neçə qohumlarımız onları əhatəyə aldı. Qardaşım Elnur Cambulu zala qaytardı. Ramin isə özü ilə bir masada oturan digər şəxslərlə birlikdə zaldan çıxdı. Bundan az sonra dayım Əflatun bəyin dostlarını içəri dəvət etdi. Musiqiçilərə istədikləri mahnı sifariş verib, rəqs etmələrinə şərait yaratdı".

"Dedi ki, ə, kələ mən səni tanımıram"

Təhmasib Qəhrəmanov bildirib ki, bəyin dostları da təxminən 20 dəqiqəyə yaxın rəqs ediblər: "Sonra mikrafonla məclisə plov gətiriləcəyini elan edərək rəqs edənlərdən ortalığı boşaltmalarını xahiş etdim. Bundan sonra rəqs edənlərin hamısı ortalıqdan çıxdı, bəziləri masalarına qayıtdı, digərləri isə toy məclisinin keçirildiyi sarayı tərk etdi. Sonra məclisə plov gətirildi, süfrələrə paylandı. Sonra özüm isə küçəyə çıxdım. Bu vaxt təxminən 15-20 metr aralıda Söhbətin dostlarından bir neçəsinin qardaşım Elnurla söhbət etdiyini gördüm. Elnur qarşısında dayanmış sonradan bildiyimə görə ləqəbi "Pişik" olan Elşən adlı oğlana "bizdən inciməyin, hamımız toy sahibinin yaxın adamlarıyıq, bir-birimizi də yaxşı tanıyırıq, bunları nəzərə alaraq bir birimizin hərəkətini acıqlı qəbul etmək lazım deyildir" dedi. Elşən bir əlini qardaşım Elnurun çiyninə qoydu və dedi ki, ə, kələ mən səni tanımıram, sən isə məni tanımalısan".

"Qardaşımın köməyinə gələnin kürəyindən vurdu"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində deyib ki, həmin şəxsin qardaşına acıqlandığını gördüm və onlara yaxınlaşıb: "Onlara yaxınlaşandan sonra Elşəni itələdim və yumruqla vuraraq yerə yıxdım. Bu zaman Elşənin yanındakı oğlanlar, həmçinin özümün qohumlarım bizi əhatəyə aldı. Buna görə də qarışıqlıq yarandı. Bu zaman qardaşım Elnur kimin isə onu bıçaqla vurduğunu dedi. Elnurun yaralandığını görərək onu kənara çəkdim. Eyni vaxtda məlum oldu ki, qarışıqlıqda kim isə digər qardaşım Sənyarı da vurub. Daha sonra isə xalamın əri Buksay Sənyarın köməyinə gələndə, Buksayı da kim isə kürəyindən yaraladı. Sonra qardaşı Elnuru taksi ilə xəstəxanaya apardıq".

Toyda qan salanların cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Baxışov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Təhmasib Qəhrəmanov isə aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini istəyiblər.

Bir müddət əvvəl onların şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Nicat Baxışovun barəsində olan hökmdən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin xaric edilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Ali Məhkəmədə kasasiya protestini araşdıran hakim heyəti apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya qaydasında araşdırılması barədə qərar qəbul edib.

Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti Nicat Baxışovun şikayəti üzrə qərar elan edib.

Qərara görə, Nicat Baxışovun şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3799   Tarix: 01 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

Sabah hava necə olacaq?

Azərbaycanda dekabrın 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəz

20 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr