"Elə müğənni olub ki, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik"

"Elə müğənni olub ki, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik"Sonxeber.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Artıq 3 ildir ki, ailəmizin "Xəzər"ində "Evdəkilərə salam" verilişini izləyirik. Veriliş vasitəsilə sevdiyimiz ifaçıların, sənət adamlarının evlərinə səyahət etmiş oluruq. Bu veriliş paytaxt tamaşaçıları ilə yanaşı, bəlkə də daha çox bölgələrimizdə izlənilir və sevilir. Biz də sevimli verilişin sevilən aparıcısı Aytəkin Mərdanova ilə görüşdük. Öncə onun yaradıcılığına bir nəzər saldıq. Müsahibimiz 2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Beynəlxalq radio üzrə diplom işi yüksək qiymətləndirilib. Universiteti bitirəndən sonra bir müddət yazılı mətbuatda müxbir kimi çalışıb. Deyir ki, jurnalistikada yüksəlişə gedən yol müxbirlikdən başlayır. Daha sonra 5 il "Space" telekanalında, 3 il ATV-də çalışıb. Artıq 4-cü ildir ki, "Xəzər" televiziyasında işləyir. "Space" telekanalında "Şişman-şou", "Azər star", "Siqnal" və digər verilişlərin aparıcısı olub. Bundan başqa, "Space"-in səhər verilişlərində müxbir, prodüser, daha sonra isə "Kiçik qala", "Hər bazar" verilişlərinin redaktoru olub. Bu gün isə "Xəzər" televiziyasının ən çox baxılan verilişinin aparıcısıdır.

- "Evdəkilərə salam" verilişi Xəzər televiziyasında ən çox baxılan proqramlardandır. Yəqin ki, bu nailiyyətə sahib olmaq sizə heç də asan başa gəlməyib.

- Elədir. Ümumiyyətlə, insanlara məşhurların şəxsi həyatı, gündəlik qayğıları maraqlıdır. Görəsən, sevdiyi ifaçı qayınanası ilə necə yola gedir, neçə uşağı var, evi necədir, hansı şəraitdə yaşayır - kimi suallar hər zaman olub. "Evdəkilərə salam" verilişi də onların bu suallarına bir cavabdır. Aparıcısı olduğum veriliş zamanın nəbzini tutur. Məndən olsaydı, tamam başqa səpkidə verilişlər edərdim. Daha ciddi verilişlərlə tamaşaçıların qarşısında olardım. Aparıcılıqdan əlavə, uzun müddət televiziyada redaktor vəzifəsində də işləmişəm. Heç zaman özümü aparıcı kimi formalaşdırmağa çalışmamışam. Düşünmüşəm ki, bu gün aparıcı da ola bilərəm, amma sənətim jurnalistika olduğu üçün jurnalist də ola bilərəm. Düzdür, indiyə kimi şou layihələrdə işləmişəm. Onlar da müəyyən qədər öz sözünü demiş verilişlərdir.

- Bu layihə necə ərsəyə gəldi?

- Xəzər televiziyasında səhər verilişi olan "Hər şey daxil"-in redaktoru idim. Verilişdə qısa bir rubrikamız var idi. Belə ki, bu rubrikada müğənnilərin evlərinə qonaq gedirdik. Zaman keçdikcə, gördüm ki, rubrika tamaşaçılarda böyük maraq doğurub. Bu layihəni daha da təkmilləşdirib "Evdəkilərə salam" şəklində təqdim etməyə başladıq və gözləntilərimiz öz nəticəsini verdi, çox reytinqli veriliş oldu. Biz televiziya işçiləri çalışırıq ki, insanların zövqünə uyğun verilişlər hazırlayaq və onların sevdiyi insanları çəkib göstərək. Ola bilər, düşünərlər ki, Aytəkin niyə başqa müğənnini yox, məhz bunu çəkdi? 11 ildir televiziyada işləyirəm və bunun 6 ilini sırf redaktor vəzifəsində işləmişəm, məsuliyyət mənim üzərimdədir. İndi sırf aparıcı kimi işləyirəm. İşimin daha mükəmməl olması üçün tək aparıcılıqla məşğulam.

- Şou əhli bir qədər kaprizli olur. Hansı müğənnilərin kaprizi ilə oynamısınız?

- Elə müğənni olub ki, evinə çəkilişə getmişik, saatlarla oturub onun hamamda duş qəbul etməsini gözləmişik, hətta biz gəldikdən sonra evini səliqəyə salan, evə gəlməyini gözlədiyimiz müsahiblərimiz də olub. Bezmirik, çünki bu, bizim işimizdir. Hətta kənardan kimsə deyinəndə, deyirəm ki, məcburuq, işimizin bir parçasıdır. Layihə çərçivəsində bəzən bölgələrimizdə qonaq oluruq. Deyirlər ki, gəlin, sizi filan yerlərə aparıb orada qonaq edək. Deyirəm ki, biz sırf evi çəkməliyik. Məqsədimiz tamaşaçılara nümunəvi ailələri təqdim etməkdir.

- Evinə getdiyiniz və orada çəkiliş apardığınız üçün peşman olduğunuz müsahibləriniz olubmu?

- Qonaq gedərkən əvvəldən düşünüb məqsədli şəkildə gedirik. Getdiyimiz ev sahibi ilə münasibətim olmaya da bilər. Amma o insan gündəmdədirsə, insanları maraqlandırırsa, onun kim olmağının fərqinə varmıram. Onları sevənlərə, tamaşaçılarına olduğu kimi təqdim etmişəm. Ola bilər ki, özlüyümdə peşman olmuşam, amma efir üçün əsla.

- Sizin evinizdə necə, "Evdəkilərə salam" deyən olub?

- (Gülürük) Ötən il maqazin verilişlərinin biri qonağım olub. Onda gördüm ki, bu, əslində çox çətin işdir. Sənətçilərimizi başa düşürəm. Əgər evinə kimsə qonaq gəlirsə, mütləq evdə əskik olan nəyi varsa, onu həll etməlidir. Təmizlik aparmalı, gözəl süfrə açmalı, əgər-əskikləri aradan qaldırmalısan. İmkanı zəif olan insanları məcbur etmirəm. Deyirəm ki, çay süfrəsi açarsınız. Əgər mənim bir insanı çəkmək məqsədim varsa, onun üçün özüm də şərait yaradıram ki, biz öz tortumuzu, şirniyyatımızı gətirəcəyik, əsas odur ki, çəkilişimiz alınsın. Ötən həftə dəyərli sənətkarımız Könül Xasıyevanı çəkdik. Cənab prezidentimizin ona verdiyi evdə bizi qonaq etdi. Bəzi sənətçilərin hətta ailələrini çox yaxından tanıyıram, problemlərini belə bilirəm. Bilirəm ki, kimsə həyat yoldaşından ayrılıb, amma tamaşaçıların xatirinə bir yerdədirlər. Heç vaxt çalışmıram ki, onu şou edim, qabardım. O insanı biabır, rüsvay etmək mənim məqsədim deyil. Əksinə, deyirəm ki, sizi yaxşı baxımdan tamaşaçılara göstərmək istəyirəm.

- "Evdəkilərə salam" verilişində dəyişiklik etməyi düşünürsünüz?

- Dəyişiklik etmək istəyərəm. O verilişi studiyada da edə bilərik.

- Studiyada edəndə verilişin formatı dəyişməz?

- Onu özümüzünküləşdirib camaata maraqlı bir tərəfdən təqdim edəcəyik.

- Tamaşaçılara şou-biznes, məşhurların həyatı həmişə maraqlı olub və baxılıb. Filan müğənni kiminlə evləndi, boşandı, evində nə var, evi necədir? Gedib "lüstr" alırlar, deyirlər ki, Manafın evindəki çilçıraqdandır. Bunun dəfələrlə şahidi olmuşam.

- Elədir. Adətən səhnədə olan insanlar adi insanlardan fərqli geyinirlər. Amma indi zəmanə elə gətirib ki, hamı eyni geyinir. Fikir vermişəm, tamaşaçılar o qədər diqqətlidir ki, məşhurların süfrələrindəki əşyalara belə diqqət yetirirlər. Hazırladıqları yeməklərə diqqət edirlər. Mənə deyirlər ki, filankəs yaxşı süfrə hazırlamışdı, yaxud da filankəsin süfrəsi, qabiliyyəti heç xoşuma gəlmədi.

- Yəqin sizə bəxtəvərçilik də verirlər ki, qonaq gedib yeyib-içirsiniz. Gününüz qonaqlıqlarda keçir.

- Deyirlər ki, necə formada qalmağı bacarırsan? Məndən soruşurlar ki, nə hazırlayaq? Deyirəm ki, mənə xurma ilə çay da bəs edər. Təki, söhbətim alınsın, maraqlı olsun. Əsas odur ki, ananı, atanı, həyat yoldaşını, övladlarını göstərim.

- Əvvəllər bəzi verilişlərdə aparıcılar müğənnilərin evinə gedir, şkaflarını açır, ifaçıların alt paltarlarına qədər göstərirdilər. Təbii ki, bu da haqlı qınaqlara səbəb olurdu. Bəs sizin formatda belə şeylər varmı?

- Mən elə şeyi sevmirəm. Adətən kişi müğənnilərin evinə gedirəmsə, onların yataq otaqlarını belə göstərməyi özümə rəva bilmirəm. Qonaq otağı, mətbəx, ailə kifayət edir. Bu yaxınlarda Aysel Əlizadənin qonağı oldum. Gənc müğənninin çox gözəl qarderobu var idi. Asif Məhərrəmlinin evində olmuşuq. Onun da rəngarəng geyim, ayaqqabı qarderobu var idi. Hansı ki, bunu tamaşaçıya göstərmək olar, nə gözəl, zövqlüdür deyə. Əgər şərait varsa, ona zövqü təqdim etmək lazımdırsa, bunu edərəm. Özü də bunu istəyirsə. Müğənnilər də var, açıb göstərirlər ki, bu mənim hamamımdır. Bəziləri də var, özləri xahiş edirlər ki, lazım deyil.

- Sizi həm redaktor, həm də aparıcı kimi yaxşı tanıyırıq. Hansı daha çətindir?

- Redaktorluq. Heç vaxt düşünmürdüm ki, mən şou sahəsində çalışaram, həmişə xəbər aparıcısı olaram deyə düşünürdüm.

- Xəbər aparıcısı olmaq sizə daha yaxşı yaraşır.

- Hərdən mənə deyirlər ki, simanda bir ciddilik var.

- Aytəkin xanım, ötən il sizin şəxsi "İnstagram" səhifəniz oğurlanmışdı. Bunu kim etmişdi?

- Bu hadisə yayda baş vermişdi. 150 min izləyicim var idi. Tamamilə şəkillərimi, izləyicilərimi sildilər. Mənə maraqlı gəldi ki, bunu kim edə bilər. Bilmədim. Ondan sonra yeni yaratdığım "İnstagram" səhifəmi də oğurlamağa cəhd etdilər. Amma mən nə şou-biznesdə varam, nə də yoxam. Heç kimlə düşmənçiliyim də yoxdur.

- Niyə varsınız, niyə yoxsunuz?

- Heç vaxt heç kəslə yaxın deyiləm. Əlavə vaxtımda kiminləsə oturum, kimləsə harasa gedim - belə şeylər çox azdır. Ailə vəziyyətimlə əlaqəli olduğu üçün. Bəlkə də övladlarım olduğu üçün mənə çətindir. ªou aləmi bir az baºqa aləmdir. Çox sözlü-söhbətlidir. Gərək bir az çalışasan kənarda gəzəsən, hörmətlə qarşılanasan. Amma hər kəsin gözəl, özəl günü, tədbiri varsa, orada Aytəkin olmalıdır. Dəvət edirlər. Mən də dəvət olunan yerə hər zaman gedirəm. Hətta yas yeri olsa belə, çalışdığım qədər gedərəm. Bizim aparıcılarda ulduz xəstəliyinə tutulanlar var. Ay mən məclisə getmirəm, hər məclisdə iştirak etmirəm, özlərini yuxarıdan aparırlar. Mənsə belə düşünürəm, mənim heç bir aparıcıdan əskiyim və ya artıqlığım yoxdur.

- Siz hər nə qədər şou-biznes nümayəndələri ilə çalışsanız da, öz üslubunuz və dəst-xəttiniz var. Bunu sizin geyimlərinizdən də açıq görmək mümkündür. Açıq geyinməyə həyat yoldaşınız icazə vermir?

- Mənə qadağa yoxdur, istəsəm geyinərəm. Mən elə düşünürəm ki, tamaşaçılar belə şeyləri sevmirlər. Birincisi, insan özünə, sonra da onu sevənlərə hörmət qoyur. Açıq-saçıq sevmirəm, geyinənlərə də pis baxmıram. Hər kəsin şəxsi işidir. Şəxsi həyatımla gündəmdə olmağı sevmirəm. Nə yaxşı, Allah gözəl ailə qismət edib, övladlarım, həyat yoldaşım, sevdiyim işim var. Bunlar mənə kifayət edər, şan-şöhrəti sevmirəm. Yüksəklikdə olmaq üçün müəyyən şeyləri qurban vermərəm. Allah nə qismət edib, o da olsun.

- Kaprizli insanlar olurmu ki, "filankəsin evinə getmisən, mənim evimə gəlməmisən" deyirlər?

- Bunu mənə edə bilmirlər, çünki bilirlər ki, bitərəfəm. Əgər mənim yaxın rəfiqəmin kimdənsə xoşu gəlmirsə, mən də belə edim - bu məndə yoxdur. Qonaq gedirəm və özlərindən soruşuram. Çünki hər adam ailəsinə, evinə hər kəsi yaxın buraxmır. Soruşuram ki, kimlərin sizin qonağınız olmağını istərdiniz? Getdiyim yerdə qalmaqal, söz-söhbət olmağını istəmirəm. Ailəni pis baxımdan tamaşaçılara təqdim etməyi, hörmətdən salmağı istəmərəm. Əksinə, deyirəm ki, bizim belə gözəl ailələrimiz var ki, tamaşaçılarımıza örnəkdir. Məncə, belə insanları göstərmək yaxşıdır. Həmişə belə olub ki, adi insanlar efirlərə baxıb filankəsin nə gözəl geyim tərzi, ailəsi, uşağı var deyiblər. Bu, tərbiyəvi bir şeydir. Qoy tamaşaçılar yaxşı şeyləri götürsünlər. Qoy görsünlər ki, Könül Xasıyeva övladı üçün necə cəhd edir. Onun üçün hər şeyi etmək istəyir. Yaxud Mələkxanımın, Tacirin nə gözəl ailəsi var. Məsələn, bu yaxınlarda Abbas Bağırovun Gəncədə ata-anasının evində qonaq olduq. O, valideynləri üçün nə gözəl şərait qurub. Rahat yaşasınlar deyə. Vasif Məhərrəmlinin anası Qazaxda yaşayır. Onun üçün elə bir şərait qurub ki, elə bil ki, şəhərdə yaşayır. Bax, belə şeyləri özlərinə ibrət götürsünlər.

- Bəzən şou müxbirlərini ciddi jurnalist hesab etmirlər. Sizin buna münasibətiniz necədir?

- Şou o qədər də asan sahə deyil. İndi insanları ağlatmaq daha asandır, nəinki əyləndirmək, güldürmək. Bunu biz efirlərimizdən, gələn reytinqlərimizdən görürük ki, hər kəsin verilişi baxılmır, tutmur. Hər aparıcıya maraq oyanmaz. Bilmirəm başqalarının gözündə necə bir insanam, amma mənə elə gəlir ki, tamaşaçılar hansısa aparıcını görəndə efiri çevirirlər. O qədər neqativ var, yaxud efirə çıxıb insanlara ağıl verənlər var, amma tamaşaçı deyir ki, get əvvəl öz ailəni düzəlt, sonra gəlib ağıl verərsən. Müəyyən sevilən aparıcılarımız da var. İnsanlar onları sevirlər. İstər Xəzər olsun, istərsə də digər telekanallarda. Onlar insanlara mənfi enerji, mənfi aura vermirlər. Bir də bilmirəm insanlar o sözü mənə necə deyə bilərlər, çünki öz işimdə, öz sənətimdəyəm. Bu işə də öz ağlımla, sənətimlə, əziyyət çəkməklə nail olmuşam, arxamda heç kimim olmayıb ki, mənə dəstək versin, irəli çəksin. Ancaq öz ağlımla, qabiliyyətimlə hər zaman çalışıb irəli getmişəm. Olub ki, aparıcı olmuşam, təzədən enib müxbir olmuşam. Sabah həyat elə gətirə bilər ki, bu gün Aytəkin aparıcıdır, tanınır, amma sabah mən yenidən müxbir, prodüser kimi işləyə bilərəm. Şükür Allaha ki, televiziyaya aid olan hər bir işi bacarıram. Bunu hər aparıcı bacarmır. Gedib yazılı mətbuatda da çalışa bilərəm. Əgər maddiyyata ehtiyacım varsa, öz halal zəhmətimlə, peşəmlə, sənətimlə niyə də etməyim?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2858   Tarix: 02 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021