"Atletiko"nun futbolçusu: ""Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədik"

"Atletiko"nun futbolçusu: ""Qarabağ"a qalib gəlməyin yolunu tapa bilmədik""Biz "Qarabağ"la 2 oyunumuzun nəticəsində Çempionlar Liqasının qrupunda qalası olduq".

Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu İspaniya "Atletiko"sunun futbolçusu Filipe Luis "Marca"ya müsahibəsində deyib. 33 yaşlı müdafiəçi bildirib ki, bu mövsüm Çempionlar Liqasının C qrupunda Azərbaycan komandası ilə hər iki görüşdə qalib gəlməyin yolunu tapa bilməyiblər. Lakin o, İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" komandalarına qarşı əla oynadıqlarını vurğulayıb. Braziliyalı legioner Çempionlar Liqasında mübarizəni dayandırmalarından dərs çıxardıqlarını söyləyib: "Komandamız 1/8 finala vəsiqə qazanmağa layiq olduğunu anlayırdı. Lakin Çempionlar Liqası səddini keçə bilməməyimizi də normal qəbul etmişik. İndi Avropa Liqasında mübarizəni davam etdiririk. Bunu özümüzə bir çağırış hesab edirik. Çempionlar Liqası həyəcanı geridə qaldı. Bu, hamı üçün ağırdır, amma faciəni üzərimizdən atmaq üçün özümüzdə güc tapa bilmişik".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdə 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunu 7 xalla başa vuran İspaniya komandası 3-cü yeri tutduğu üçün mübarizəni Avropa Liqasında davam etdirir. Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv Avroliqanın 1/16 final mərhələsində Danimarka "Kopenhagen"ini 4:1 və 1:0 hesablı qələbələrlə üstələyib. 1/8 finalda rəqib Rusiya "Lokomotiv"i olacaq. Oyunlar martın 8-də və 15-də keçiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 862   Tarix: 03 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

7 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım. "Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüş

7 aprel
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel