Dollarla kredit borcu olanlara şad xəbər - Prezidentə müraciət olunub

Vahid Əhmədov: "Biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik".

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanun aprelin 1-dən qüvvəyə minəcək. Azərbaycanda devalvasiya baş verdikdən sonra ölkədə problemli kreditlər çoxalmağa başladı. Həmin problem hələ də həllini tapmayıb. Əhali bu kreditlərin qaytarmaqda çətinlik çəkir, bank sektorunun sağlamlaşıdırlması sahəsində isə problemli ktreditlərə görə müəyyən problemlər yaranır. Əhalinin dollarla olan kreditlərinə müəyyən güzəşt oluna bilərmi?

Məsələ ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri iqtisadçı – ekspert Vüqar Bayramov Sonxeber.az-a açıqlamasında bildirib ki, xarici valyutada olan kreditlərə güzəştlərin tətbiq edilməsi ilə bağlı İqtisadi Sosial İnkişaf Mərkəzinin hələ üç il əvvəl təkliflər paketi hazırlanıb. Məsələ ilə bağlı Dövlət, vətəndaş, müəyyən müştəri və bank arasında məsələhətləşmə aparıla bilər. Nəticə etibarilə bu problemin müəyyən qədər azalmasına, güzəştin tətbiq edilməsinə gətirib çıxaracaq. Amma problemli kreditlərlə bağlı güzəştin verilməsini söyləmək çətindir. Çünki, bütün hallarda qərarı hökumət verir. Biz güzəştin verilməsinin tərəfdarıyıq:

Dollarla kredit borcu olanlara şad xəbər - Prezidentə müraciət olunub"İqtisadi Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ilin əvvəlində birinci devalvasiyadan sonra dollarla kolan kreditlər güzəşt edilməsi ilə bağlı təklif hazırlandı. Güman edirik ki, güzəştlərin verilməsi məsələsi aktualdır. Hökumət və dövlət quurmları həmin güzəşt paketindən istifadə edərsə, bu problemli kreditlərin həcminin azalmasına, bank sektorunun sağlamlaşdırılmasına və kredit götürənlərin öhdəliklərinin azalmasına gətirib çıxara bilər. Artıq növbəti addım Maliyyə Nazirliyi və Mərkəzi Bankın mövqeyindən asılıdır. Güzəşt tətbiq edilərsə, bu əhalinin xərclərinin azalmasınasəbəb olacaq. Vətəndşalar ödənişlərin bir qismindən azad ediləcək, bankların problemli kreditlərinin həcmi azalacaq. Bu baxımdan güzəştlərin tətbiq edilməsi vətəndaşlar və banklar üçün məqbul və əhəmiyyətli hesab olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Sonxeber.az- açıqlamasında
"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinin qəbul edilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə sığorta borclarının silinməsi ilə əlaqədar olaraq həmin qanunu birinci oxunuşda qəbul elədik. Bu çox ciddi qanun layihəsidir. Sığorta bazarının stabilləşməsi, işəgötürənlərin sığorta borclarının silinməsi üçün atılan bir humanist addım idi. Buna görə, Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Millət vəkili deyib ki, dollarla olan kreditlərin də qaytarılması üçün cənab Prezident tərəfindən sərəncam verilməsini arzu etdik. Çünki bu problem hələ də qalmaqdadır. Onun həll olunmaması Azərbaycanın maliyyə bazarına, kredit bazarına təsir göstərir. Bankların sağlamlaşdırılmasında müəyyən problem yaranır. Ona görə də, biz cənab Prezidentdən dollarla olan kreditlərin müəyyən hissəsi ilə bağlı humanist addım atmasını xahiş etdik.

Dollarla kredit borcu olanlara şad xəbər - Prezidentə müraciət olunubDollarla olan problemli kreditlərin Hökumət, Mərkəzi Bank və kommersiya bankları arasında bölüşdürülməsi ilə bağlı təklifimiz olub. Həmin kreditlər bu cür bölüşdürlsə bu problem yalnız hökumətin üzərində qalmaz:

"Bu kreditlərə güzəşt tətbiq edilməsi ilə bağlı 14 səhifəlik təklif vermişik. Hələlik bu təklifə baxılmayıb. Son vaxtlar müəyyən qədər maliyyə vəziyyəti yaxşılaşıb, problemlər aradan qalxdığı üçün biz xahiş edirik ki, əhalinin vəziyyətini yüngülləşdirmək, bankların sağlamlaşdırılması üçün Cənab Prezident belə bir sərəncam versin, yaxud biz bu sahədə qanun layihəsi qəbul edək. Həmişə olduğu kimi Cənab Prezident İlham Əliyev tez-tez humanist addımlar atır. Yəqin ki, bizim fikirlərimizə diqqət yetirilər, dolalrla olan kreditlər güzəşt edzdilməsi ilə bağlı addım atıla bilər. Problemli kreditlər sahəsində müəyyən güzəştlərin edilməsi ilə bağlı bu addımın atılması mümkündür. Çünki bu həm əhali, həmdə banklar üçün vacibdir".

Deputat vurğulayıb ki, ölkədə manatın devalvasiyasından sonra dollarla olan kreditlərin qaytarılması sahəsində problemlər yaranıb. Məhkəmələrdə bu məsələ ilə bağlı kifayət qədər işlər qalıb. Bunun həlli üçün bu addımın atılmasına ehtiyac var.

Aysel Kərimova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 13317   Tarix: 07 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel