Oynadığı tamaşa ilə 1-ci yeri tutan nazirimiz kimdir? - Maraqlı fakt - FOTO

Oynadığı tamaşa ilə 1-ci yeri tutan nazirimiz kimdir? - Maraqlı fakt - FOTOAzərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sinif yoldaşı onunla bağlı xatirələrini bölüşüb.

Sonxeber.az xəbər verir ki, azedu.az saytına danışan Rafael Teymurlu nazirlə bağlı maraqlı faktlar açıqlayıb. R.Teymurlunun sözlərinə görə, üç dost olublar və 3-nün də teatra böyük həvəsi olub:

"O vaxtlar müəllim yanına getmək yox idi, özümüz hazırlaşırdıq. Sözün düzü, üçümüzün də - rəhmətlik Şirin Mirzəyev, Ramil və mənim həvəsimiz teatra idi. Çünki biz məktəbdə Vahid müəllimin rəhbərliyi ilə Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli bəyi canlandırdı. Vilayət teatrında məktəblilər arasında yarış keçirilirdi. Biz "1905-ci ildə" tamaşası ilə birinci yeri tutduq. Açığı, mənə teatr sahəsinə getmək üçün evdən imkan vermədilər. Amma birinci il Ramillə Şirin teatr institutuna imtahan verdilər. Nədənsə, onların işi alınmadı. Odur ki, Ramil bir il müəllim işlədi. Deməli, o vaxtı kəndlərdəki fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda qalmasın deyə, məktəblər açılmışdı. Müəllim çatışmazlığı vardı. Ramil orta məktəbi bitirmişdi, kifayət qədər savadlı idi. Ona görə Ballıca məktəbində bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz burdan başladı. İlyas Əfəndiyevi çox xoşlayırdıq. Onun pyeslərini səhnələşdirirdik. Məsələn "Müsibəti-Fəxrəddin" əsərini oynamışdıq. Mən Fəxrəddini, Ramil isə Mahmud rolunu oynayıb. "Vaqif" pyesində isə Vaqifi Ramil, Vidadini Şirin, Qacarı isə mən canlandırmışam.

Bəlkə də incəsənət üzrə oxusaydıq yaxşı aktyor olardıq...

Kumiri böyük müğənni Rəşid Behbudov idi. Ramil həmişə onun mahnılarını oxuyurdu. Aramızda mübahisə düşürdü. Mən muğamı sevirdim, Arif Babayev, İslam Rzayevi yamsılayırdım. O isə Rəşid Behbudovu...

Bilirdim ki, o irəli gedəcək. Ramil professional sistem işçisidir. O, ən aşağıdan başlayaraq bacarığıyla bu pilləyə gəlib. Heydər Əliyev bilirdi ki, bu adam işinin ustasıdı. Bu gün də sabitliyin qorunması onun zəhmətinin nəticəsidir. Daxildə sabitlik olmasa, nə iş görmək olar ki?! İqtisadiyyat da inkişaf etməz".
Oynadığı tamaşa ilə 1-ci yeri tutan nazirimiz kimdir? - Maraqlı fakt - FOTOOynadığı tamaşa ilə 1-ci yeri tutan nazirimiz kimdir? - Maraqlı fakt - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2074   Tarix: 09 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021