Neymar "Barselona"ya qayıtmaq istəyir

Neymar "Barselona"ya qayıtmaq istəyirPSJ-nin hücumçusu Neymar "Barselona" rəhbərliyinə bildirib ki, Kataloniya klubuna geri qayıtmaq istəyir.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, "Mundo Deportivo"nun iddiasına görə, futbolçu Fransa çempionatının səviyyəsinin aşağı olmasından məyus olub.

Braziliyalı oyunçu etiraf edib ki, İspaniya klubundan ayrılmaqda səhv edib. Qaydalara görə, o, "Barselona"ya 2019-cu ilin yayından erkən qayıda bilməz.

Qeyd olunur ki, "Barselona"da Neymarın səmimiyyətinə heç də hamı inanmır və hesab edirlər ki, o, gələcəkdə "Real"a keçmək üçün özünə alibi axtarır.

Xatırladaq ki, yanvarın sonlarından Neymarın "Real"a keçəcəyi deyilir. Madrid klubunun prezidenti Florentino Peres də bildirib ki, bu hücumçunun alınmasında maraqlıdır və Kriştyanu Ronaldu ilə əvəz edilməsinə hazırdır.

İdman   Baxılıb: 902   Tarix: 09 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR