"Sumqaylt" Bayıl səfərində, "Qarabağ" "Zirə"ni qəbul edir

"Sumqaylt" Bayıl səfərində, "Qarabağ" "Zirə"ni qəbul edirBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Sonxeber.az report-a istinadən xəbər verir ki, son oyun günü iki matç baş tutacaq. Əvvəlcə "Bayıl Arena"da debütant "Səbail" ilə "Sumqayıt" üz-üzə gələcək. Turnir cədvəlində 17 xalla 6-cı pillədə qərarlaşan meydan sahibləri ilk iki dövrədə rəqibinə qol vura bilməyib. Sumqayıtdakı görüş qolsuz heç-heçə ilə bitdiyi halda, 28 xalla 4-cü pillədə qərarlaşan qonaqlar səfərdə 2:0 hesabı ilə qalib gəliblər.

Həftənin mərkəzi oyunu "Azərsun Arena"da olacaq. Burada lider "Qarabağ"la "Zirə" qarşılaşacaq. Hazırda 45 xalla zirvədə qərarlaşan Ağdam klubu "üçlüyü" qapayan qəsəbə təmsilçisini 13 xal qabaqlayır. Üstəlik, bu komandaların çempionat oyunlarındakı statistik göstəricilərində də son çempionunun dominantlığı aşkar görünür. "Zirə" "Qarabağ"la əvvəlki 10 dueldə qələbə qazana bilməməklə yanaşı, son 4 səfər qarşılaşmasında qol da vura bilməyib.

Azərbaycan Premyer Liqası

XIX tur

10 mart (şənbə)

17:00. "Səbail" - "Sumqayıt"
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bayıl Arena"

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena"

İdman   Baxılıb: 221   Tarix: 10 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR