Övladlarıma ən çox onu məsləhət görürəm ki...Azər Axşamla MÜSAHİBƏ

Övladlarıma ən çox onu məsləhət görürəm ki...Azər Axşamla MÜSAHİBƏSonxeber.az bildirir ki, tanınmış aparıcı və aktyor Azər Axşam Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

Məşhurun cavablarını təqdim edirik:

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Məni narahat edən bir çox məsələləri var, təəssüf ki, onları dəyişdirmək mümkün deyil. Amma özümü dəyişdirməzdim.

- İndiki ağlım olsaydı...

- Doğulmazdım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yəqin ki, onları sevən qadınlara.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hesab edirəm ki, kişinin sözündən çıxmayan xanımlar hər zaman sevilir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Kişilərdən cavan görünmək üçün gizlədirlər (gülür).

- Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə təbii ki, məyus oluram. Şiddəti nəinki xanımlar, heç kişilər də sevmir. Ümumiyyətlə, insana yaraşan hərəkət deyil.

- Təəssüf edirəm ki...

- Qoy, bu bənd cavabsız qalsın, çünki kimlərsə səhv başa düşər, xoşagəlməz söz-söhbətlərə səbəb ola bilər.

- Vanqa nənə ilə görüşsəydim...

- Özüm haqqında heç nə soruşmazdım. Gələcəyi öyrənməyi sevmirəm.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Küsülü olduğum insan yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq lənət deyil, həm də baxır kimin üçün. Bəzən çoxluq insan üçün lənət olur.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Həmin adama deyirəm ki, mən də belə yalan danışıram.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bütün bərabərliklər yalnız Allaha məxsusdur. Bərabərsizlik ona görə var ki, biz kiməsə baxıb şükür edək və öz səhvlərimizi düzəldə bilək.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Dünya dağılacaq.

- Günahlarım yadıma düşəndə...

- Bu barədə tez-tez fikirləşirəm və axirət məni qorxuya salır.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki...

- Ən pisiniz elə mənim kimi olun.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Heç zaman itirməmişəm. İlahi ədalət var, olub və olacaq. Çünki dünya elə onun üzərində qurulub.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- İnsanlara icazə vermirəm ki, sadəliyimi sadəlövhlüklə səhv salsınlar.

- O zaman düşünmədən riskə gedirəm ki...

- Düşünmədən addım atmıram, verdiyim qərarları yüz ölçüb bir biçirəm.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Hamı kimi, Allaha sığınaraq vəziyyətdən çıxaram.

- Yaxşı gündə, pis gündə...

- Ümidimi itirmirəm.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1843   Tarix: 11 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2024-cü ilin ilk Günəş tutulması hansı gün olacaq?

2024-cü ilin ilk tam Günəş tutulması aprelin 8-də olacaq və ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi bölgələrində təxminən 186 kilometr enində bir traektoriya üzrə keçəcək. Günəş tutulmasına şahid olmaq istəyən çox sayda insan tutulmanı

7 aprel
.

Hər gün içdiyimiz çay XƏRÇƏNG YARADIR - Bu səhvi etməyin

Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır. Bundan başqa, çay ürək sağlamlığ

7 aprel
.

Hansı vərdiş telefonun batareyasını öldürür?

Telefonunuzun batareyasına bir çox amillər təsir edir, lakin onu yavaş-yavaş öldürə biləcək bir vərdiş var. .  xəbər verir ki, istifadəçilərin bəziləri belə hərəkətləri ilə batareyaya ciddi ziyan vurduqlarının fərqinə varmadan batareyanı daim sıfır faizə boşaldır. Hər bir cihaz batareyasının müəyyə

11 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. Sonxeber -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

7 aprel
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

13 aprel
.

10 il evindən çıxmayan rusiyalı kişini təxliyə etmək üçün unikal əməliyyat - VİDEO

Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib. Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu ed

14 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel