Putindən şok etiraf: "110 nəfərlik sərnişin təyyarəsinin vurulması əmrini verdim"
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə "Peqasus Hava Yolları"na məxsus sərnişin təyyarəsinin vurulması əmrini verdiyini etiraf edib.
Prezident bu etirafı öz adını daşıyan bir sənədli filmdə dilə gətirib.
Onun sözlərinə görə, təyyarəinin içinə bomba yerləşdirilib. Hədəf isə 2014 Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi olub: "Mənə Ukraynadan İstanbula getmək üçün havaya qalxan, 110 nəfər sərnişini olan bir təyyarənin qaçırıldığı və Soçiyə getmək üçün istiqamət dəyişdiyi xəbəri verildi. Mən də təyyarənin vurulması təlimatını verdim".
Putin daha sonra bu xəbərin yalan məlumat olduğunu deyib.
Qeyd edək ki, "Peqasus Hava Yolları" şirkəti 110 sərnişin daşıyan "Boeing 737-800" tipli təyyarəsinin 7 fevral 2014-cü il tarixində qaçırıldığı siqnalını vermiş, türk pilot isə təyyarəni Soçidə yox, Türkiyənin "Sabiha Gökçen" hava limanında yerə endirmişdi. O dövrdə şəhərin meri olan Hüseyn Avni Mutlu bütün sərnişinlərin təxliyə edildikdən sonra üzərində bomba daşıyan şəxsin zərərsizləşdirildiyini bildirmişdi.
Rusiya prezidenti sənədli filmdə babasının Vladimir Lenin və İosif Stailinin aşpazı olduğunu da etiraf edib.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2283 Tarix: 12 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMoskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl
22 aprelİlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI
"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD
23 aprelQırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca
25 aprelQırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca
24 aprelAzərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
22 aprel