Azərbaycanda müəmmalı olay - Öldü bilinən gənc necə dirildi? - FOTO

Azərbaycanda müəmmalı olay - Öldü bilinən gənc necə dirildi? - FOTOQazax rayonunda ötən ayın əvvəllərində mətbuatda ölüm xəbəri yayılan Elçin İsgəndərovun yaxınları bildiriblər ki, hadisə KİV-lərdə yazıldığı kimi baş verməyib. Yəni Elçin özünü suvarma kanalına atmayıb.

Yaxınları onu da vurğulayıblar ki, E.İsgəndərov ölməyib, boynu qırılıb və sinir sistemi iflic olub. Həmçinin bu hadisədə bir çox müəmmaların olduğu da iddia

Sonxeber.az xəbər verir ki, Elçinin Sputnik Azərbaycan-a danışan atası Elşən İsgəndərov hadisə baş verən gün, yəni fevralın 3-də oğlunun dostlarından birinin "ciyər axşamı" məclisinə getdiyini və hadisənin də orada baş verdiyini deyib.

"Son dəfə danışanda axşam saat 8 olardı. Zəng edib dedi ki, toya geyinməyə filan paltarımı hazırlayın. Nə vaxt gələcəyini soruşduq, yarım saata gələcəyini dedi. Aradan 20 dəqiqə keçməmiş mobil telefonuma zəng gəldi ki, Elçin özünü körpüdən atıb. Mən hadisə yerinə çatanda artıq təcili yardım gəlmişdi. Soruşdum nə olub, dedilər ki, Elçin özünü kanala atıb. Mən də təcili yardıma mindim. Ayıq idi, soruşdum nə olub, dedi: "xatırlamıram, deyirlər özümü kanala atmışam" - deyə atası danışıb.

Yataq vəziyyətində olan zərərçəkmişin özü isə hadisəni belə xatırlayır: "Gün ərzində toy evində olduq. Müəyyən işlərə kömək edirdim. Axşama doğru bir az içmişdim. Uşaqlardan biri mənə dedi ki, gedək, kanalın qırağında siqaret çəkək. Yola çıxdığım yadımdadır. Sonra isə bircə boynumun ağrısını xatırlayıram. Məni çıxaranlardan nə olduğunu soruşanda, "özünü kanala atıbsan" dedilər. Sonra yenə ağrıdan özümdən getmişəm".

Söhbət zamanı E.İsgəndərov son bir ilədək hərbçi olduğunu, heç vaxt özünə qəsd haqqında fikirləşmədiyini vurğulayıb.

Elçinin anası Mehparə İsgəndərova övladının hadisə baş verəndən bir gün sonra Bakıya aparıldığını, 1 ay orda müalicə olunduğunu bildirib. Anasının sözlərinə görə, Elçinin iki boyun fəqərəsi qırıldığından boyun hissəsinə titan mil qoyulub. Onurğa beyni zədələndiyindən sinir sistemi iflic olub. Əllərini qismən hərəkət etdirə bilsə də, ayaqlarında cüzi hissiyyat var.

M.İsgəndərova deyib ki, Elçini müalicəsini Bakıda davam etdirməyə imkanları olmadığı üçün Qazaxa qaytarıblar. Həkimlər isə ailəyə bildirib ki, əgər iki ay ərzində lazım olan müalicə kursunu keçməsə, ayaqlarında olan hissiyyat tamamilə itəcək və o, ömürlük yataq xəstəsi qalacaq.

"Həkimlər sağ olsunlar, əllərindən gələn köməkliyi göstərdilər. İki ay ərzində ev şəraitində müalicə almalı, masaj edilməli olduğunu dedilər. Lakin masaj etmək üçün lazım olan "Qalantamin" dərmanı heç yerdə tapılmır. Gürcüstandan da soraqlamışıq. Deyirlər, ancaq Rusiyadan tapa bilərsiz. Ora ilə da əlaqəmiz yoxdur ki, bizə bir istiqamət göstərsinlər" - deyib çarəsiz ana.

M.İsgəndərova həyat yoldaşının övladının müalicəsi üçün kənd sakinlərindən borc istəyini də bildirib: "Atası "Balamın tamam iflic olmaması üçün 2 ay vaxtımız var, imkanlı şəxslərdən yardım istəyirik" - deyə hər kəsdən kömək istəyir".

Onu da bildirək ki, hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin valideynlərin iddiasına əsasən, cinayət işinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə dəyişdiriləcəyi bildirilir.
Azərbaycanda müəmmalı olay - Öldü bilinən gənc necə dirildi? - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2384   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel