"Bu, rus xalqına çox baha başa gələcək..." - FOTO

"Bu, rus xalqına çox baha başa gələcək..." - FOTOABŞ-ın müdafiə naziri, dəniz piyadalarının "quduz köpək" ləqəbli generalı Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Federal Məclisə müraciətində bir neçə yeni silah növünü ilk dəfə nümayiş etdirməsinə münasibət bildirib. General deyib ki, Putinin yeni strateji silahlar barədə bəyanatları onu məyus edib, amma təəcübləndirməyib.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Pentaqon rəhbərinin sözlərinə "The Washington Post" qəzeti yer verir. Generalın bildirdiyinə görə, bu cür yeni silah nümunələrinin işlənib hazırlanması Birləşmiş Ştatların mövqeyinə təsir etməyəcək, ona görə də Moskva həmin silahlara nə qədər istəsə pul xərcləyə bilər. "Lakin bütün bunlar rus xalqına baha başa gələcək" - Ceyms Mettis deyib.

"Rusiyanın silahlanma yarışına nə qədər pul yatırmasından asılı olmayaraq bu, bizim çəkindirmə mövqeyimizə təsir etməyəcək. Əgər onlar istəyirlərsə, qoy bütün pullarını ora töksünlər. Bu, mənim strateji düşüncəmə heç cür təsir göstərməyəcək. Mən təkcə onu təxmin edə bilərəm ki, bütün bunlar sadə rus insanlarına çox baha başa gələcək", - Pentaqon rəhbəri əlavə edib.

ABŞ müdafiə naziri onu da deyib ki, Putinin həmin müraciəti Rusiyanın hərbi potensialını heç cür dəyişdirməyib. "Onun danışdığı həmin sistemlərin hər biri haqda bizə çoxdan məlum idi. Mən bu silahların hərbi tarazlığı dəyişə biləcəyini hesab etmirəm", - Ceyms Mettis bildirib.

Habelə general əminlik ifadə edib ki, Rusiya prezidentinin dediklərinin böyük qismi seçkilər ərəfəsində adi ritorika idi. Mettisin sözlərinə görə, o Rusiya silahlı qüvvələrinin öz liderlərinin seçkiqabağı ritorikasını havada qapmayacağına ümid edir.

Pentaqon rəhbəri Rusiyanın ABŞ-la strateji sabitliyə və problemlərin aradan qaldırılmasına dair danışıqları təxirə salmasına münasibət bildirərək deyib ki, bu məsələdə Moskva öz maraqlarına uyğun hərəkət etmir.

Xatırladaq ki, Putin martın 1-də Federal Məclisə müraciətində bir neçə yeni silah növünü açıqlayıb. Bunlar qeyri-məhdud radiusa malik "Sarmat" ballistik raketi, nüvə mühərriki ilə təchiz edilmiş qanadlı raket, yenə də nüvə mühərrikli pilotsuz sualtı zərbə aparatı, hipersəs sürətli "Kinjal" aviasiya raket kompleksi və yeni lazer topudur.

Ötən gün Rusiya Müdafiə Nazirliyi Cənub hərbi dairəsinin ərazisində dislokasiya olunmuş MiQ-31 qırıcısından şərti hədəfə "Kinjal" raketi ilə zərbə endirilməsinə dair görüntüləri yayıb. Nazirlik raketin döyüş sınağının uğurla başa çatdığını bildirir. Habelə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov deyib ki, nazirlik səsdən 20 dəfə iti uçan və ətrafında alov buludu yaradan "Avanqard" qanadlı raketinin seriya istehsalı üçün müqavilə bağlayıb. Borisovun bildirdiyinə görə, Putinin sanki alov kürəsi, meteroit kimi hədəfə şığıyan bu raket barədə dedikləri blef deyildi.

Yuri Borisov onu da bildirib ki, Rusiya özünün "Voyevoda" qitələrarası ballistik raketinin utilizasiyasını həyata keçirəcək, onların yerini qeyri-məhdud radiusa malik "Sarmat" raketləri tutacaq. Bu raketlər həm Şimal, həm Cənub yarımkürəsi üzərindən hədəfə uça bilər. Nazir müavini raketin ən müxtəlif raketdən müdafiə sistemlərini dəf edə biləcəyini deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2366   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25 aprel
.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

26 aprel
.

Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY

Rusiyanın Sankt-Peterburq şəhərində polis intihardan xilas etmək üçün gəldikləri şəxsi güllələyib. yerli mediaya istinadla bildirir ki, aprelin 26-da səhər saatlarında Anqliski prospekti 60 ünvanındakı mənzillərdən birində bir nəfər çoxlu həb içərək özünü zəhərləməyə cəhd edib. Bu barədə Admiralteysk

26 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel