Biləsuvarda iki azyaşlı balası ilə acınacaqlı vəziyyətdə olan ananın FƏRYADI - "Ünvanlı sosial yardımı ala bilmirik" FOTO
Nəzərova Sevinc Bəxtiyar qızı və iki azyaşlı uşaqları ilə birgə Biləsuvarın Saylı kəndində yaşayır. Amma həyat yoldaşı onu və uşaqlarını atıb getdiyinə görə, N.Sevincin ailəsinə və uşaqlarına heç kim baxmır. Bu barədə o, redaksiyamıza göndərdiyi məktubda bildirib.
"10 və 9 yaşlı iki oğlum var. Amma yoldaşım bizi atıb gedib. Uşaqlarım və mənə heç kim baxmır. Yoldaşımla ayrılmışıq. Ünvanlı sosial yardım almaq üçün Nazirliyə müracət etdim. Lakin, kəndlilərə verilən pay torpağı adlanan ərazi atamın adına olduğuna görə, müraciətimə imtina cavabı gəldi. Mənim başımda isə şiş var. Həkim deyir tədricən gözlərim tutula bilər. Müalicə olunmağım üçün təxminən 27 min manat pul lazımdır. Uşaqlarımın hər ikisinin səhhətində problem var. Yoxsul vəziyyətdə yaşayıram".
N. Sevincin sözlərinə görə, ünvanlı sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də imtina cavabı alıb.
"Hazırda torpaq atamın adına olduğuna görə, sosial yardım ala bilmirəm. Gündəlik tələbatımı ödəmək üçün kənd icra nümayəndəliyi kömək edir. Çox acınacaqlı vəziyyətdə yaşayıraam, evimin içindən su çıxır. Uşaqlarım öz xəstəliklərindən və yoxsulluq içində əziyyət çəkirlər. Uşağımın biri əsəblə əlaqədar beyin qan dövranı pozğunluğundan əziyyət çəkir. Onun ancaq ildə bir dəfə müalicə etdirə bilirəm. Digər oğlum isə sidik yollarının iltihabi xəstəliyindən əziyyət çəkir. Həkimlər təcili əməliyyat olunmasını məsləhət görüblər. Onları müalicə etdirməyə imkanım çatmır. Xahiş edirəm mənə kömək etsinlər! Ünvanlı sosial yardım alsam ən azından uşaqlarımın gündəlik tələbatını ödəyə bilərəm". N.Sevinc deyib.
Kömək etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər: 0503422489
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2398 Tarix: 13 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021