Rusiya ilə müharibə ssenariləri hazırlanır

Rusiya ilə müharibə ssenariləri hazırlanır"Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir".
Bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti "National Interest" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən beynəlxalq hüququn normalarına məhəl qoymur.

General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur. O, həmçinin vurğulayıb ki, Rusiya təhlükəsi Avropa məkanının çərçivəsindən kənara çıxır.

"Rusiya Yaxın Şərqə təsir göstərir. Onun Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi Bəşər Əsəd rejimini gücləndirdi və İrana regionunda öz təsirini gücləndirməyə imkan verdi. Rusiya tərəfi İranla əməkdaşlığı möhkəmləndirir, Səudiyyə Ərəbistanı, Misir, Liviya və Kiprdə öz təsirini genişləndirərək Yaxın Şərq dövlətlərinə fəal yardım göstərir. Belə səylər regional dinamikanın dəyişməsinə aparır, həmçinin İsrail və ABŞ-ın regiondakı maraqlarının təhlükəsizliyində təsir edir", - Skaparotti deyib.

O əlavə edib ki, Rusiya yaranmış dünya nizamını öz xeyrinə dəyişdirməyə çalışır.

Daha əvvəl Amerika Konqresi nazirliklərə "Rusiya təhlükəsi"nə qarşı strategiyanı hazırlamaq barədə tapşırıq verib.

Mənbə: publika.az

Siyasət   Baxılıb: 794   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR