Vaşinqtonun erməni sevgisi: Ordumuz gözdağı verdi

Vaşinqtonun erməni sevgisi: Ordumuz gözdağı verdiErmənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya torpaqlarımızın işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir. Çox uzağa getmək lazım deyil, Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olundu.

Bu sözləri Müdafiə Nazirliyinin genişmiqyaslı təlimlərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, təlimlərin məqsədi Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağdakı separatçılara göz dağı verməkdir:

"Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməlidir. Bako Saakyan isə ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirir. Bunun özü də ciddi müəmmadır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə seyrçi qalıb? Separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənmək lazım deyil. Ona görə də Azərbaycan XİN-nin ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eynilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentinə gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub. Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbas separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır".

Politoloqun fikrincə, Bako Saakyanın ABŞ-a səfərinin iki məqsədi var:

"Birincisi, konqresmenlərlə görüş keçirib ermənipərəst amerikalıların dəstəyini almaq, ikincisi, Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla Azərbaycanla münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Amerika elə Türkiyəni də bu yolla özündən uzaqlaşdırır".

E.Şahinoğlun Bako Saakyanın birbaşa İrəvandan idarə olunan fiqur olduğunu bildirib:

"Çünki onun yerinə başqası olsaydı, Azərbaycanın hərbi təlimləri haqqında məlumat aldıqdan sonra səfərini yarımçıq saxlayıb Xankəndiyə gələrdi. Saakyana isə təlimat verilib ki, Vaşinqtonda işində ol, Dağlıq Qarabağın "təhlükəsizliyi" bizlikdir. Demək, biz elə etməliyik ki, hərbi təlimlərimizin həm sayı artsın, həm də havaya qalxan hərbi təyyarələrimiz Azərbaycanın hava məkanının tamamında, o cümlədən Dağlıq Qarabağ səmasında uçuşlar həyata keçirsinlər".

Qeyd edək ki, Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1701   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel