Eks millət vəkilindən Mirşahinə sərt sözlər

Eks millət vəkilindən Mirşahinə sərt sözlərJurnalist Mirşahin Ağayevlə sabiq millət vəkili Etibar Hüseynov arasında söz-söhbətlər səngimək bilmir. Tərəflərdən Etibar Hüseynov "Facebook" sosial şəbəkəsi vasitəsilə Mirşahinin ünvanına sərt fikrlər səsləndirib. O, Mirşahini satqınlıqda ittiham edib.

Statusu olduğu kimi təqdim edirik:

"Dünən Mirşahin haqqında yazılan və paylaşılanlar, həm də onun üçün bir test idi. Əsəb, dözüm, təmkin testi. Amma Mirşahin cəmisi 3 saat tab gətirdi. Gecə saat 2 radələrində inboxuma söyüş və təhqirlə zəngin bir mesaj yazdı. Yazdı və cavab haqqımı tanımadan məni blok edib aradan "cırdı". Ona görə də cavabımı FB vasitəsiylə çatdırmaq məcburiyyətindəyəm.

Öz naməsində, az qala hər cümləsində məni "uzunqulaq", "yetim", "bomj", "ibdar" və.s adlandirdi mətbuatimizin "söz xiridarı". Dünən bir daha əmin oldum ki, artıq tükənibsən Mirşahin. Sənin kimi iradəsi zəif olan insan TV-lərdə redaktor, məsləhətçi işləyə bilər. Amma sənə TV etibar etmək, meymun əlinə avtomat verməkdən başqa bir şey deyil. Dünən sən bunu özün sübut elədin. Nə isə, mətləbdən uzaqlaşmayaq.
Mənə uzunqulaq deyən Şahin- bu ölkədə bir əqidəsi, mənliyi, lideri olub, 30 ilə yaxin müddətdə çalişdığı mətbuatda adı bircə dəfə də olsun hansısa xəyanətdə, rüşvətdə, iki üzlülükdə hallanmayan, dostuyla dost olan, düşmənləriylə də ləyaqətlə vuruşan, reputasiyası həmişə təmiz birisi uzunqulaqdırsa bəs onda sən kimsən? Bütün həyatln xəyanət, yaltaqlıq, çörəyi dizi üstündə gəzən birisi sən deyilsənmi? Kimlərə xəyanət etmədin? Ayazdan tutmuş Elçibəyə qədər; Surətə, Rövşənə, Fərhada, Rövnəqə, Fətullaya və sonunda da Vahid və Seyfullaya. Sənin kimi təbiətcə qorxaq, aciz və yaltaq, mətbuatda Çingizin, Şakirin, Vahidin çəkdiklərinə mətnlər yazmaqla adam oldu. Amma sonunda onlara da xəyanət etdin. Jurnalist həmkarlarına qarşı da eyni münasibət sərgiləyibsən. Bir balaca cətinə düşən kimi Rauf Arifoğlu, Eynulla Fətullayev, Əvəz Zeynallı, elə mən Etibar Hüseynov haqqında özün kimi iyrənc materiallar veribsən. Adına bu gün " yetim" dediyin şəxsə dəfələrlə, gecənin bir yarısı, telefon açıb hansısa yazıma , verilişimə görə az qala bir saat bəy tərifi deyən adam sən deyildinmi? Xəyanət, iki üzlülük sənin xislətindədir. Necə deyərlər : " ilan dərisini dəyişsə də, xislətini dəyişmir". Ona görə də sənin adın həm də Mirsatqındır. Mənə "bomj" deməklə işsizliyimə işarə vurursan. Halbuki bu qəbildən stajımız dünənə qədər eyni idi. Amma bu müddət ərzində mən heç kəsə əyilmədim, heç kəsdən incimədim, sənin kimi cilddən-cildə girib, yüz sifət almadım. Hansı rəzilliyə əl atmadın? Ölkə başçısına " Siz şahsınız, biz nökər- bizi əfv edin" deməyin, psixi xəstələr sayağı Heydər Əliyevin ruhuna yazdığın o sicilləmə də heç kəsin yadından çixmayıb. Daha sonra mətbuata gizlincə ötürdüyün aye qoymayın, "Mirşahin ölkəni tərk edir" tipli şantajın, bu variant alınmayandasa "Mirşahin ağır əməliyyat olundu" kimi tamaşalar oynayıb meymunluq elədin. Amma alınmadı. Görəndə ki, bütün bu artistiklərin heç kəsin, heç bir yerinə olmadı, ondan sonra köpün yatdı. Mən hələ kimlərinsə qəbuluna düşməkdən ötəri Moskvada Poladı, İstanbuldasa Sevili dıng eləməyini demirəm.

Mənə ünvanladığı mesajında Mirşahin böyük bir minnət-izzətlə qeyd edir ki, guya həmin söyüşü Orduxana ünvanlayıb. Və bunu da mənim o dəstə ilə çıxdığım debatda məzlum, yazıq və məğlub vəziyyətə düşməyimə ürəyi yandığına görə edib. Və ardınca da qeyd edir ki, buna görə mən ona çox sag deməliymişəm. Amma yalan deyirsən Miri; özü də gözlərinin içinə qədər yalan. Əvvəla hamı gördü ki, o "tualet qəhrəmanları" üçü birdən gəldisə də, mən onların xoruzlarını necə qoltuqlarına verib yola saldım. Və o vaxtdan da, bir də qələt edib kiminləsə canlı yayıma çixa bilimirlər. Digər tərəfdən də əgər mənim çıxışımı belə bəyinmirsənsə, nədən bu neçə aylar ərzində özün qabağa düşüb canlı yayına çıxmırdın? Sənə kim və ya nə mane olurdu? Çıxaydın da. Buna ki, efir-filan lazım deyildi. Digər tərəfdən, əgər həqiqətən mənə belə ürəyin yanırdısa, niyə bunu indi-məlum debatdan bir aydan artıq vaxt keçəndən sonra edirsən? Qeyrət damarın nədən bir ay sonra tərpəndi? Ona görə də yalan deyirsən, özü də güzünün içinə, bəbəyinin çölünə qədər. Sadəcə qapıldığın eyforiyadan, qoltuqlarındakı qarpızlardan başın gicəlləndiyindən guya ki, özünəməxsus formada söz fırlatmaqla söyüş söydün, acıq vermək istədin kimlərəsə. Amma görəndə ki, ictimaiyyət bunu mənfi qarşıladı- söhbəti Orduxanın üzərinə fırlatdın. Amma alınmadı, nə də ki, keçmədi. Digər tərəfdənsə lap tutaq ki, Orduxanı, Məhəmmədi nəzərdə tutubsan. Sən onların ana-bacısına niyə söyməlisən ki, bəyəm onlar sənə söyüş söyüblər ki? Adını çəkdiklərim kifayət qədər qaba, necə deyərlər ağızdan və ağıldan "xarab" biriləridi. Və qayıdıb sənə 10 qat artığını qaytara da bilərdilər. Bunu sən çox yaxşı bilirsən. Və ona görə də durduğun yerdə o qələti eləməzsən. Həm də ki, ay Miri, sən heç vaxt Orduxanla üz-üzə otura da bilməzsən axı. Çünki mənəviyyatın, şəxsi həyatından tutmuş, ictimai fəaliyyətinə qədər onlardan 5 betər üfunətin, çirkabın içindəsən. Hansı üzlə, hansı haqla otura bilərsən Orduxanla üz-üzə?
Odur ki, uzun illər ona-buna "dərs" deyən Miriş müəllim, ilk testin zay çıxdı. Allah amanında".
Eks millət vəkilindən Mirşahinə sərt sözlər


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2463   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021