Ronaldonun bitməyən sərvəti - Siyahı

Ronaldonun bitməyən sərvəti - SiyahıDünya futbolunun ən böyük ulduzlarından biri olan Kriştiano Ronaldo təkcə futboldan deyil, digər sahələrdən də böyük pullar qazanır. "Real"-ın portuqaliyalı ulduzunun bir neçə şirkəti var.

Belə ki, bu günlərdə alt paltarı firmasının istehsal etdiyi yeni markaların təqdimatı üçün kamera qarşısına keçən Ronaldonun həmçinin idman ayaqqabıları, geyimləri və corablar istehsal edən firmaları, öz adını daşıyan 2 oteli fəaliyyət göstərir. Onun həmçinin dünyanın ən böyük şirkətləri ilə sponsporluq münqavilələri var. Ronaldonun sərvətinin bir milyard dollardan artıq olduğu bildirilir.

Portuqaliyalı futbolçunun sponsorluq müqavilələri olan şirkətlər:

Nike: İdman
Armani: Geyim
Castrol: Avtomobil
Tag Heuer: Saat
Herbalife: Qidalanma
Coca Cola: İçki
KFC: Yemək
Konami: Kompyuter
Emirates: Hava yolu

(mənbə: Fanat.az)

Dünyada   Baxılıb: 1818   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR