Azarkeşə tüpürdüyünə görə 1 milyonluq işindən oldu

Azarkeşə tüpürdüyünə görə 1 milyonluq işindən oldu"Liverpul"un keçmiş müdafiəçisi Ceymi Karrager çalışdığı "Sky Sports" telekanalından qovulub.

Sonxeber.az goal.az-a istinadən xəbər verir ki, buna səbəb sabiq müdafiəçinin İngiltərə Premyer Liqasının "Mançester Yunayted" - "Liverpul" oyunundan (2:1) sonra ona söz atan mançesterli azarkeşə tüpürməsi olub. Belə ki, oyundan sonra MU azarkeşlərindən birinin ard-arda oyunun nəticəsini təkrarlamasından əsəbiləşən Karrager, maşının şüşəsini endirərək, ona tərəf tüpürüb. Bu anlar videokameranın yaddaşına köçüb. Azarkeşin yanında 14 yaşlı qızının da olması, hadisəni daha da böyüdüb.

İngilis futbol azarkeşləri Karragerin hərəkətinə kəskin etiraz edərək, sabiq futbolçunun "Sky Sports" kanalından qovulmalı olduğunu bildiriblər. Bundan sonra kanal daxilində iclas keçirilib və Karragerin qovulması barədə qərar qəbul olunub.

İngilis sabiq müdafiəçi kanalda illik 1 milyon funt-sterlinq maaş alırdı.

Karrager həmçinin, Çempionlar Liqasının bu gün keçiriləcək "Mançester Yunayted" - "Sevilla" oyununda Danimarkanın "Danish TV" telekanalından şərhçilik etməli olsa da, hadisədən sonra o, bu işindən də olub.

Dünyada   Baxılıb: 720   Tarix: 13 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR