"Xalq Cəbhəsi hakimiyyətə gəlsə, daha çox əxlaqsızlıq edəcək"

"Xalq Cəbhəsi hakimiyyətə gəlsə, daha çox əxlaqsızlıq edəcək"Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri, 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Nemət Pənahlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanlarına təhqirlər yağıdran və siyasi mübarizəni söyüşlə aparan şəxslərə cavab verib.
N.Pənahlı "Ölkə.Az"a açıqlamasında siyasi mübarizənin söyüşlə deyil, sivil yolla aparılmasına tərəfdar olduğunu bildirib: "Ötən dəfə mən bu barədə bir neçə jurnalistə də fikrimi bildirmişdim. Çox təəssüf ki, həmin şəxslər fikirlərimi təhrif edərək, çıxışlarımın müəyyən hissələrini yayımlayıblar. Buna görə də özümə söz vermişəm ki, bir daha həmin adamlara müsahibə verməyəcəm".

Müxalifətin söyüş və təhqiramiz ifadələrlə mübarizə üsulu seçməsinin iyrənclik olduğunu vurğulayan N.Pənahlı hakimiyyət tərəfindən də bəzi şəxslərin təhqiramiz ifadələr səsləndirdiyini söyləyib. N.Pənahlı həqiqəti söylədiyi üçün zaman-zaman müxalifət nümayəndələri tərəfindən təhqirlərə də məruz qaldığını bildirib: "Bəzən mən onlara deyirəm ki, ay müxalifət, söyüş və təhqiredici fikirlərlə mübarizə aparmaq üsulunu yığışdırın. Yəni, onlar hələ hakimiyyət gəlməyib, bu qədər əxlaqsızlıq, mənəviyyatsızlıq nümayiş etdirirlər. Sabah hakimiyyətə gəlsələr, indikindən daha çox əxlaqsızlıq edəcəklər. Bu sözlərimə görə mənə hücum çəkirlər. Halbuki, indiki "Azərbaycan Xalq Cəbhəsi Partiyası" təşkilatı vaxtilə Nemət Pənahlının kölgəsində sürünüb. Mənim gördüyüm işləri bunlar öz adlarını çıxarırlar.

1988-ci ildə Xalq Cəbhəsi adında təşkilat hələ yox idi. Ancaq Azərbaycanda Milli Azadlıq Hərəkatı elan edilmişdi, Lenin meydanının adı dəyişdirilərək "Azadlıq" meydanı adlandırılıb. Bütün bunlara görə Sovet həbsxanalarına düşmüşəm. Həbsdən çıxandan sonra da Xalq Cəbhəsi mənim nüfuzumun altında sürünüb. Bu qədər xidmətləri göstərən mən ola-ola bu gün Xalq Cəbhəsi iddia edir ki, guya bütün bunları onlar ediblər və sairə. Bunu etmək doğru deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1192   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021