Dollarla kredit borcu olanlara şad xəbər

Dollarla kredit borcu olanlara şad xəbər"Azərbaycanda dollarla olan kreditlər üzrə yaranan problemlərin həlli məsələsinə baxılır".

Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında hökumətin hesabatı zamanı deyib.

Bəzi deputatlar bölgələrdə əhalinin dollarla olan kreditlər üzrə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. O. Əsədov bildirib ki, məsələyə baxılır, amma bəzən bu məsələ süni olaraq qızışdırılır: "Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, "dollarla verilən kreditlər", açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib".

Mənbə: APA

Sosial   Baxılıb: 9409   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR