ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq müzakirə olunub

ABŞ-ın nüfuzlu radiosunda Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq müzakirə olunubABŞ-da məşhur və geniş auditoriyaya malik olan ConBatçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, müsahibə zamanı müxbir Xəzər dənizi regionunda güclü dövlət olan Azərbaycanın hazırda münaqişədən əziyyət çəkdiyini bildirib, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanı ABŞ üçün regionda mövcud olan xəzinə kimi qiymətləndirib. O, Azərbaycanın dost və tolerant ölkə olduğunu qeyd edib. Azərbaycanın Buş, Obama administrasiyası ilə yaxşı münasibətlərinin qurulduğunu və hazırda Tramp administrasiyası ilə davam etdirilidiyini Amerika dinləyicilərinə xatırladan müxbir Azərbaycanın demokratik müsəlman dövləti olduğunu vurğulayıb. Son günlərdə nüfuzlu "Washington Times" qəzetində Azərbacyanın 11 sentyabr terror hadisələrindən sonra ABŞ-a yardım edən ilk ölkə olmasına dair məqaləyə toxunan aparıcı həmin məqalənin müəllifi Ceyms Laysonsun dəyərli təhlilini Yaxın Şərqdəki dolaşıq vəziyyət fonunda Azərbaycanın bu gərginlikdən kənarda qalmasına işarə edərək təqdir edib.

Aparıcı Obama administrasiyasından Tramp administrasiyasına keçid dövründə Azərbaycanla ABŞ münasibətlərinin cari vəziyyətinə dair səfir Süleymanova sual verib.

Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığa sadiqliyini vurğulayan məqalədə doğurdan da maraqlı məqamlara toxunulduğunu bildirən səfir Süleymanov Azərbaycanın 11 sentyabr terror hadisəsinin törədilməsindən bir neçə saat sonra ABŞ-a terrorçuluqla mübarizədə şərtsiz yardımını təklif etdiyini vurğulayıb. Baş verən çoxsaylı hadisələr fonunda bu günə qədər yaranmış və gələcəkdə də inkişaf etdirilməsinə ehtiyac olan strateji tərəfdaşlığın vacibliyini diqqətə çatdııb. Ümumilikdə ABŞ-la və hazırda Tramp administrasiyası ilə münasibətləri müsbət qiymətləndirən diplomat bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidini ifadə etmiş və iki ölkə arasında bir çox sahələr üzərində iş getdiyini qeyd edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimin "başçısının" qeyri-qanuni yolla əldə edilmiş viza vasitəsilə son günlərdə Vaşinqtona gəlməsi və onun Konqresin inzibati binasında erməni lobbisinin təşkil etdiyi tədbirdə iştirakına toxunan səfir Süleymanov bu məqamın ABŞ-ın strateji maraqlarını sarsıtdığını bildirib. Diplomat iki ölkə arasında olan strateji tərəfdaşlığın vacibliyinin adekvat qiymətləndirilməsinə ümidini ifadə edib.

Azərbaycanın strateji əhəmiyyətini vurğulayan müxbir 2017-ci ildə Azərbaycana səfəri zamanı İpək Yolu layihəsinin dəmir yolu versiyası barədə bir çox məlumatlar eşitdiyinə toxunub. Azərbaycanda dəmir yollarının mövcudluğu, Şimal-Cənub marşrutunun olduğunu və perspektivdə Şərq-Qərb marşrutunun olacağını qeyd edən jurnalist İpək Yolu layihəsinin bundan sonrakı inkişaf dinamikasını sorğu edib.

Səfir Süleymanov İpək Yolunun ayrılmaz hissəsi olan Bakı-Tbilis-Qars dəmir yolu layihəsinin regional və qlobal əhəmiyyətini qeyd edərək, onun 2017-ci ilin 30 oktyabr tarixində açılışının keçirildiyini qeyd edib. ATƏT çərçivəsində təsis edilmiş İpək Yolu qrupunun bir neçə gün öncə Bakıda görüşünün keçirilməsini xatırladan diplomat sözügedən görüşdə Azərbaycanın tranzit rolunun yalnız bölgə üçün deyil, qlobal əhəmiyyəti və təsirinin müzakirə olunduğunu bildirib. Səfir bunun Asiya və Avropa arasında çox vacib bağlantı olduğunu diqqətə çatdırıb, İpək Yolunun tarixi və mədəni köklərə bağlılığı ilə yanaşı, bu layihənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər dövlətlər arasında strateji əməkdaşlıq münasibətlərinə əsaslandığını qeyd edib. O, bölgədə bu tipli inteqrasiya layihələrinin vacibliyini və ABŞ-ın bu layihələri dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra, müxbir Cənubi Qafqazın Xəzər dənizi ilə Qara dəniz arasında körpü roluna istinad edərək, bu bölgədə dəyişikliklər üçün maliyyə resurslarının vacibliyinə və müəyyən əleyhdarların olduğuna işarə edərək dəmir yolu layihələrinin gerçəkləşməsində hər bir tərəfin maraqlı olub-olmadığı barədə sual ünvanladı. Səfir suala cavab olaraq bildirmişdir ki, maliyyə resurslarının əhəmiyyətli olmasına baxmayaraq, inkişaf edən və çiçəklənən bölgə üçün əməkdaşlıq olduqca vacibdir.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6727102-the-silk-road-promise-of-baku-and-the-south-caucasus-what-is-to-be-done-elinsuleymanov-azerbaijan-ambassador-to-the-us internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 881   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel