Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin gizlədilməsi FAKTları aşkarlandı

Dövlət büdcəsinə ödəniləcək vəsaitlərin gizlədilməsi FAKTları aşkarlandıSon bir ay ərzində Dövlət Gömrük Komitəsi əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb. Mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunub. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar aşkarlanıb.

DGK-dan Sonxeber.az-a verilən məlumata görə, "Manifest - 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan edilməsi müəyyən olunub.

Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Eyni zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunmuş və gömrük tarif dərəcəsinə əsasən 0 % idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 271 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlara nəzər salaq.

Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib.

Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranıb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanmışdır. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.

Ukrayna Respublikasının "Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal Traders" MMC - nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılıb. Azərbaycan Höküməti ilə Ukrayna Hökuməti arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal - müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058 ABŞ Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub. Nəticədə əlavə olaraq 38 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onların dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 964   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib. Bu barədə AZƏRTAC məlumat yayıb

9 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel