"Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."

Rusiya ordusunun Cənub hərbi dairəsində ötən gün başlayan təlimlərlə Azərbaycan ordusunun ötən həftə keçirdiyi irimiqyaslı hərbi təlimlər arasında hansısa əlaqənin olması istisna deyil.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert, "Novaya qazeta"nın şərhçisi Pavel Felqenhauer "Kavkazskiy uzel" portalına müsahibəsində deyib.

Ekspert bildirib ki, hərçənd təlimlər əvvəlcədən planlaşdırılmışdı, amma Qarabağda münaqişənin yenidən alovlanması, müharibəyə keçməsi istisna deyil.

"Heç kim bu münaqişəyə fikir vermir. Onların hamısının başı qarışıb. Azərbaycanın keçirdiyi hərbi təlim hərbi əməliyyatlara birbaşa hazırlıq idi. Digər tərəf də hazırlaşır"-Felqenhauer bildirib.

Rusiyalı hərbi ekspertin fikrincə belə ehtimal mövcuddur ki, Bakı erməni birləşmələrinin mövqelərinə birinci zərbə endirmək üçün qüvvələrin irimiqyaslı cəmləşdirilməsini həyata keçirir. "Orada situasiya pisdir, gərgindir...Hazırlığı təsdiq edən həm də budur ki, təlimlər radioelektron şəraitdə keçirilir. Radarların qapadılmasına, rabitənin kəsilməsinə qarşı dayanmaq imkanları var"-o qeyd edib.

Felqenhauerə görə dünya ictimaiyyəti bu münaqişəyə fikir vermir, çünki dünyada çoxlu başqa münaqişə ocaqları var. Azərbaycan isə torpaqlarını geri qaytara bilmək üçün müntəzəm olaraq silahlanır, təkcə Rusiyadan yox, İsrail və Türkiyədən də silahlar alır.

"Məsələn, yüksək dəqiqlikli İsrail reaktiv yaylım atəşi sistemi, zərbə pilotsuz aparatları, "Spike" tank əleyhinə raket sistemləri. Bu, tank əleyhinə müasir və effektiv sistemdir, Amerikanın "Javelin" raketinin bənzəridir. Belə silah nə Ermənistanda var, nə Rusiyada. Azərbaycan silahlanmaya böyük pullar xərcləyir"-Felqenhauer bildirib.

Rusiyanın geosiyasi problemlər Akademiyasının prezidenti, hərb elmləri doktoru Konstantin Sivkov da hesab edir ki, Azərbaycan ordusunun keçirdiyi təlimlər Qarabağda müharibəyə hazırlıq məqsədi daşıyan addımdır.

"25 minlik şəxsi heyət Dağlıq Qarabağa hücum üçün hazırlanan qruplaşmanı çox xatırladır...Təlimlərin miqyası Azərbaycan ordusunun ölçüsü ilə bir araya sığmır"-Sivkov deyib.

Ekspert əlavə edib ki, Azərbaycan müntəzəm olaraq Rusiyadan hərbi texnika, artilleriya, zenit silahları alır. Lakin Ermənistana da silahlar verilir. "Azərbaycana kifayət qədər böyük sayda silahlar təchiz olunur. Məsələn, T-90S tankları, hansı ki, özünü Amerikanın "Abrams" tanklarından daha yaxşı göstərə bilib"-Sivkov bildirib.
"Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi...""Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi...""Bu təlimlər birbaşa Qarabağda müharibəyə hazırlıq idi..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1390   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cenevrə Beynəlxalq Hava Limanında nümayəndə heyətin

22 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart