Səhvən 31 il həbs edilən kişi milyonçu oldu

Səhvən 31 il həbs edilən kişi milyonçu olduABŞ-da səhvən 31 il həbsə məhkum olunmuş kişi bir milyon məbləğində təzminat alıb.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, Lourensa Makkini 2009-cu ildə azadlığa buraxılıb. O, zorlanma və oğurluqda günahlandırılaraq səhvən həbs olunmuşdu.

"Mənim 20, 30, hətta 40 yaşımı hökumət aldı. Həyatımı qurmaq üçün şansım qalmayıb", - Makkini şikayət edib.

O, 2017-ci ildə təzminat almaq imkanı əldə edir.

Şikayətlərin Araşdırılması üzrə Komissiya səhvən həbs olunmağa görə təzminatın məbləğini bir milyon dollar dəyərində qiymətləndirib.

Dünyada   Baxılıb: 2854   Tarix: 22 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR